Rusiya təyyarəsi türk əsgərlərini öldürüb

Puting və Erdoğan Fotonun müəllifi OZAN KOSE/AFP/Getty Images
Image caption Prezident Vladimir Putin (solda) və prezident Recep Tayyip Erdoğan (sağda)

Rusiya prezidenti Vladimir Putin türk həmkarı Recep Tayyip Erdoğana zəng edərək Rusiya təyyarəsinin təsadüfən endirdiyi zərbə nəticəsində Türkiyə əsgərlərinin ölümü ilə bağlı başsağlığını çatdırıb.

Kremlin yaydığı bəyanatda Türk əsgərlərinin "faciəvi insident" nəticəsində öldüyü bildirilir, və qeyd edilir ki, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı ikitərəfli hərbi əməkdaşlıq dərinləşdiriləcək.

Türkiyə Silahlı Qüvəllərinin yaydığı bəyanatda bildirilir ki, Rusiya hərbi təyyarəsi Suriyanın şimalında İD-ə qarşı hərbi əməliyyatda iştirak edən türk əsgərlərinə təsadüfən etdiyi hücum nəticəsində 3 əsgər həyatını itirib və 11 əsgər yaralanıb.

Bəyanatda deyilir ki, saat 08:40 radələrində Fırat Qalxanı Əməliyyatının keçirildiyi ərazidə Türk əsgərlərinin yerləşdiyi binaya hava zərbəsi endirilib.

Fotonun müəllifi Reuters
Image caption Türk hərbi qüvvələri

Hadisə, son zamanlar iki ölkə arasında əlaqələrın yaxşılaşmasına təsadüf edir.

Son günlərdə Türkiyənin dəstəklədiyi qiyamçı döyüşçülər Türkiyənin cənubi sərhədindən 30 kilometr uzaqlıqda yerləşən əl-Bab şəhərinin qərbi rayonlarını ələ keçiriblər.

Suriyalı qiyamçılar 2016-cı ilin sonundan bəri şəhəri İD-dən almağa cəhd edirlər.

Eyni zamanda Suriya hökumət qüvvələri irəliləyərək şəhərın canəbuna çatıblar.

Hazırda qiyamçı və hökumət qüvvələri şəhərin ətrafında bir-birindən 3 kilometr məsafədə yerləşirlər.