Türkiyə: Konstitusiya referendumu 16 iyun keçiriləcək

REFERANDUM Fotonun müəllifi Getty Images

Türkiyənin Yüksək Seçki Şurası (Yüksek Seçim Kurulu və ya YSK), ölkənin parlament sistemindən prezidentlik sisteminə keçidini təklif edən konstitusiya dəyişiklərinə dair referendumun iyun ayının 16-sı keçirilməsinə qərar verib.

YSK rəhbəri Sadi Güven şənbə günü keçirilən iclasda qəbul edilən qərarı mətbuat konfransında bəyan edib.

Cənab Güven referendumda "ağ rəng üzərində "bəli" və qəhvəyi rəng üzərində "xeyir" yazıları olan seçki bülletenlərindən istifadə" ediləcəyini deyib.

Fotonun müəllifi HURRIYET.COM.TR

Türkiyənin Böyük Millət Məclisi (TBMM) parlament sistemindən prezident sisteminə keçidi təklif edən dəyişiklər yanvar ayında qəbul edərək, yeni konstitusiya üzrə referenduma yol açıb.

Cənab Güvenin verdiyi məlumata əsasən, bu gündən etibarən Türkiyə daxilində 55,3 milyon və xaricdə 2,9 milyon insan referendumda səsvermə hüququna malikdir.

Bu barədə daha geniş