Türkmənistan prezidenti seçkilərdə 98 faiz səs qazanıb

Qurbanqulu Berdiməhəmmədov Fotonun müəllifi Sharifulin Valeri, ТАСС
Image caption Rəsmi məlumatlara görə, seçicilərin yalnız 2 fazi Qurbanqulu Bedriməhəmmədova səs verməyib

Türkmənistanda keçirilən prezident seçkilərində hazırkı prezident Qurbanqulu Berdiməhəmmədov qalib gəlib. Yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə hazırkı prezident 98 faiz səs toplayıb. Rəsmi məlumatlara görə seçicilərin fəallağı da belə yüksək olub.

Prezidenti postu uğrunda 9 namizəd mübarizə aparırdı. Lakin, MSK-nın məlumatına görə seçicilərin demək olar ki, hamısı Berdiməhəmmədova səs verib və o, 97,69% səs toplayıb.

Seçicilərin də fəallığı yüksək olub. MSK-nın hesablamalarına görə seçicilərin 97,27 faizi seçkilərdə iştirak edib.

Türkmənistan prezidentinin namizədliyini Demokrat Partiyası irəli sürüb. Onun rəqibləri isə əsasən məmurlar olub.

Berdiməhəmmədov artıq üçüncü dəfədir ki, prezident postuna seçilir. Ötən ilin sentyabr ayında Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Kontitusiyasında dəyişiklik edilıb.

Nəticədə prezident seçkilərində 70 yaşa qədər iştirak etmək qadağası ləğv edilib və prezident səlahiyyətlərinin icrası 5 ildən 7 ilə qaldırılıb.

Qurbanqulu Berdiməhəmmədov 2006-cı ildə, ölkə prezidenti Saparmurat Niyazovun (Türkmənbaşı) qəfil ölümündən sonra hakimiyyətə gəlib.

2012-ci ildə yenidən prezident seçilən Berdiməhəmmədov seçicilərin 97 fazinin etimadını qazanmışdı.

Bu barədə daha geniş