Gürcüstan Pravoslav Kilsəsində “zəhərlənmə qəsdi”

Georgian Patriarch Ilia II, 30 Sep 16 Fotonun müəllifi AP
Image caption Gürcüstan Kilsəsi Patriarxı II İlya-nın hədəf olduğundan şübhələnilir

Gürcüstan polisi, Gürcüstan Pravoslav Kilsəsinin əsas simasını zəhərləndirməyə cəhddə şübhəli keşişi həbs edib.

Prokurorlar, cümə günü Tbilisi aeroportundan Almaniyaya uçan Giorgi Mamaladze Atanın baqajında sianid aşkarlayıblar.

Gürcüstan Kilsəsinin başçısı Patriarx II İlya, hazırda Almaniya xəstəxanalarından birində müalicə alır. Onun hədəf olduğu zənn olunsa da, bu, dəqiq deyil.

Hakimiyyət, Gürcüstanın "böyük təhlükənin keşiyindən döndüyünü" bildirib.

"Kilsəyə olunacaq xain hücumun qarşısı alınıb," baş nazir Giorgi Kvirikaşvili deyib.

Patriarxın bazar ertəsi günü keçirdiyi öd kisəsi əməliyyatı uğurlu alınıb.

Fotonun müəllifi AFP
Image caption Gürcüstanın 4.5 milyon əhalisinin 80 faizindən çoxu özünü Pravoslav xristianı adlandırır

Mamaladza Ata, Kilsənin mülk bölməsinin rəhbəri və Gürcüstanda tibbi mərkəzlərdən birinin menecerdir.

Gürcüstanın Rustavi-2 telekanalına müsahibə verən General-Prokuror İrakli Şotadze bildirib ki, polis Mamaladze Atanın evində axtarış apararkən silah aşkarlayıb.

Keşiş şəxsiyyəti müəyyənləşdirilməyən biri tərəfindən ona sianid satmasını istəyib və həmin şəxs polisə məlumat verib, Cənab Şotadze deyib.

84 yaşlı Patriarx II İlya 1977-ci ildən bəri Gürcüstan Pravoslav Kilsəsinin rəhbəridir. Sovet dövründə repressiyaya məruz qalan Kilsə, 1991-ci ildə Gürcüstanın müstəqillik qazanması ilə dirçəlib.

Siyahıyaalma rəqəmlərinə əsasən, Gürcüstanın 4.5 milyon əhalisinin 80%-də çoxu özünü Pravoslav xristianı adlandırır.

Bu barədə daha geniş