Dağlıq Qarabağ: Minsk qrupu "referendumun nəticələrini" qəbul etməyəcək

OSCE bayrağı Fotonun müəllifi Getty Images

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda planlaşdırılan 20 fevral "referendumu"nun nəticələrini qəbul etmir, rusiyalı, amerikalı və fransalı səfirlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda və birgə görüşdən sonra bildiriblər.

"Həmsədrlər 20 fevral 2017-ci ildə Dağlıq Qarabağda qondarma konstitusion referendumun keçirilməsinin planlaşdırıldığını bilirlər. Həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan orada yaşayan əhalinin ictimai həyatını təşkil etmək cəhdi kimi baxdığını qeyd etsələr də, yenə də vurğulayırlar ki, heç bir ölkə, o cümlədən Ermənistan və Azərbaycan Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır."

Bu səbəbdən, həmsədrlər nəticəni, həmçinin onun Dağlıq Qarabağın hüquqi statusuna təsirini də qəbul etməyəcək.

"Həmsədrlər həmçinin qeyd edirlər ki nəticələr heç bir vəchlə Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə nizamlanmaya cəlb olunması ilə bağlı davam edən danışıqların yekunlarına və ya Dağlıq Qarabağın yekun statusunun öncədən müəyyən edilməsinə təsir etməyəcək."

Həmsədrlər cənab Elmar Məmmədyarov və cənab Nalbadyan ilə Ermənistan-Azərbaycan sərhədinin təmas xətti boyunca mövcud vəziyyəti müzakirə edib, münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını və müharibə bir variant olmadığını qeyd ediblər.

Həmsədrlər nazirlərdən uzunmüddətli həllə aparan hərtərəfli danışıqları bərpa etmək üçün daha çox çeviklik nümayiş etdirməyi xahiş edib.

Səfirlər mart ayında bölgəyə səyahət edəcəklərini açıqlayıb.

Müzakirələrdə Rusiyadan səfir İqor Popov, Fransadan səfir Stephane Visconti və ABŞ-dan səfir Richard Hoagland ilə yanaşı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Andrzej Kasprzyk də iştirak edib.

Bu barədə daha geniş