İqdırda qəza: "həyatını itirənlər üçün həyat sığortası ödəniləcək"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Türkiyə: avtobus qəzasında Azərbaycan vətəndaşları ölüb və yaralanıb

Bazar ertəsi İqdırdan Naxçıvana gedən avtobusla Naxçıvandan İqdıra gələn avtobusun toqquşması nəticəsində azı 28 nəfər yaralandığı və 8 nəfər öldüyü deyilir.

"Hər sərnişin yeri dövlət tərəfindən sığortalanıb. Bu sığortaya əsasən, qəza nəticəsində həyatını itirmiş hər bir biletli sərnişin üçün dövlət tərəfindən təxminən 175 min TL (təxminən 48299 dollar) həyat sığortası ödəniləcək", "İqdırlı turizm" şirkətinin rəhbəri Hasan Aras BBC Azərbaycancaya müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, yaralıların bütün müalicə xərcləri dövlət tərdindən ödəniləcək.

"Həkim heyəti tərəfindən təsdiq olunmuş arayışla qəza nəticəsində əlil qalmış hər bir sərnişinə isə Türkiyə hökuməti tərəfindən təxminən 175 min tl məbləğində birdəfəlik müavinət ödəniləcək", şirkət müdiri əlavə edib.

Hasan Aras deyib ki, qarşıdan hərəkət edən avtobusda 3 sərnişin olub, onlardan ikisi hadisə yerində həlak olub.

"Bizim firmanın avtobusunda 40 nəfər olub, onlardan 6-sı ölüb, qalanları yaralanıb. Sərnişinlərimizin təxminən 12-13-ü qadın, əksəriyyəti isə kişi sərnişinlər olub", "İqdirlı turizm" şirkətinin rəhbəri bildirib.

Fotonun müəllifi Serdar Ünsal
Image caption Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri yaralıların saxlandığı İqdır dövlət xəstəxanasını ziyarət ediblər

İqdır valisi Ahmet Turgay Alman, Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalov, muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov, Azərbaycanın Qarsdakı baş konsulu Nuri Quliyev və digər rəsmi şəxslər yaralıların olduğu İqdır dövlət xəstəxanasını ziyarət edərək xəstələrin vəziyyəti ilə maraqlanıblar.

İqdır səhiyyə idarəsinin müdürü Alpaslan Erol BBC Azərbaycancaya bildirib ki, hadisə nəticəsində yaralananların azı 27 nəfəri, ölənlərin isə beşi Azərbaycan vətəndaşıdır.

Onlardan 26-si İqdır dövlət xəstəxanasında, 1-i isə Aralık dövlət xəstəxanasındadır, deyən cənab Erol, onlardan ikisinin vəziyyətinin "ağır" olduğunu bildirib.

Digər ölən 3 nəfər Türkiyə vətəndaşlarıdır, rəsmi əlavə edib.

BBC Azərbaycanın Türkiyədəki əməkdaşı İlhamə Qasımlı bildirir ki, İqdır valisi Ahmet Turgay Alpman hadisə yerinə gedib.

Vali bildirib ki, qəzanın "yanlış ötmə əməliyyatı və sıx duman üzündən baş verdiyi ehtimal edilir".

Müxbirimizin məlumatına görə, İqdırdan Naxçıvana gedən "Metro" turizm firmasına məxsus DY9420 nömrə nişanlı avtobusla Naxçıvandan İqdıra gələn və "İqdırlı turizm" firmasına məxsus 34 YK 93000 avtobusun toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Dilucu sərhəd məntəqəsinin 20 kilometrliyində baş vermiş qəza zamanı hadisə yerində 7 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Fotonun müəllifi Serdar Unsal
Image caption Fotoları hadisə yerindəki jurnalist Serdar Ünsal BBC Azərbaycancaya göndərib

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya, ümumilikdə 8 nəfərin öldüyünü bildirib. Cənab Hacıyev hazırda onların neçəsinin Azərbaycan vətəndaşı olub-olmamasının dəqiqləşdirildiyini söyləyib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev sonradan APA-ya deyib ki, ölənlərdən "təxminən 5-i Azərbaycan vətəndaşıdır".

"Hazırda İqdır və Aralık dövlət xəstəxanalarında 28 yaralı müalicə edilir. 8 nəfər isə qəzada həyatını itirib. Xəsarət alan və ölənlər arasında azyaşlı olmayıb", Alpaslan Erol qeyd edib.

Cənab Erolun sözlərinə əsasən, ölən və yaralıların şəxsiyyəti tam müəyyənləşdirilməyib.

"Amma onların 80 faizinin Azərbaycan vətəndaşı olduğunu güman edirik", cənab Erol əlavə edib.

Səhiyyə müdürü deyib ki, qəza nəticəsində yaralanan, amma tibbi sığortası olmayanların müayinə və müalicəsi "təcili yardım hadisəsi" çərçivəsində Türkiyə tərəfindən ödənişsiz edilir.

Bu barədə daha geniş