Türkiyə Silahlı Qüvvələrində baş örtüyü qadağası qaldırıldı

Qadın zabitlər Fotonun müəllifi TSQ

"Anadolu Ajansı" agentliyinin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin yeni qərarıyla Baş qərargah, ordu komandanlıqlarında və əlaqəli birliklərdə xidmət edən qadın zabitlər və serjantlar artıq baş örtüyündən istifadə edə biləcəklər.

"Türkiyə Silahlı Qüvvələrinin (TSK) geyim qaydalarında edilən dəyişikliyə görə, xanım zabitlər, müqaviləsi olan xanım zabitlər, serjant xanımlar və müqaviləsi olan serjant xanımlar, tələbə olan xanımlar rəsmi uniforma ilə birlikdə şapka, papaq və ya kepin altından rəngə uyğun olaraq üzlərini örtməyəcək baş örtüyündən istifadə edə biləcəklər".

Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda bildirirlib.

TSK-da baş örtüyü qadağası ilk dəfə 2016-cı ilin 11 noyabrında mülki personal üçün qaldırılıb.

2016-cı ilin avqustunda isə kazarmalarda və digər əsgəri sahələrdə baş örtüyünə icazə verilmişdi.

Bu barədə daha geniş