Rusiya Dadini azad etdi

İlqar Dadin Fotonun müəllifi Getty Images

Rusiya Ali Məhkəməsi müxalifət fəalı İldar Dadinin azad olunması barədə hökm çıxarıb.

Cənab Dadin etirazlarla bağlı yeni qanunlarla həbs olunmuş ilk vətəndaş idi.

Məhkəmə bildirib ki, ona qarşı cinayət işi ləğv olunmalıdır. Məhkəmə həmçinin Dadinin "reabilitasiya hüququnun" olduğunu bildirib.

Cənab Dadin bir neçə dinc nümayişdə iştirak etdiyi üçün 2015-ci ilin dekabrında həbs olunub.

O, həbsxanada ona qarşı işgəncələr edilməsindən şikayətlənib.