Böyük Britaniyada “Maqnitski qanunu”na bənzər qanun qəbul edilib

Sergey Maqnitskinin qəbri Fotonun müəllifi Getty Images
Image caption Vergidən yayınmaq ittihamı ilə həbs olunan Sergey Maqnitski 2009-cu ilin 16 noyabrında Moskvanın istintaq təcridxanasında vəfat edib

Böyük Britaniya Parlamentinin İcmalar Palatası ABŞ-ın "Maqnitski aktı" qanunu ilə bir çox məqamda üst-üstə düşən qanun layihəsini qəbul edib.

Yeni qanun layihəsi insan hüquqlarını pozan xarici məmurların əmlakını müsadirə etməyə və hesablarını dondurmağa icazə verir.

Bu layihə hazırda Böyük Britaniya qanunvericiliyində mövcud olan və bu cür insanların əmlakının müsadirə edilməsində və hesablarının dondurulmasında istifadə olunan qeyri-qanuni davranışlar barədə qanunu daha da genişləndirib.

Layihənin müəllifləri işgəncələrdə və digər insan haqqlarının pozulmasında iştirak edən məmurların qeyri-qanuni hərəkətlərinin qanuna zidd kimi qəbul edilməsini təklif ediblər.

DİN-nin müavini Ben Wells debatlar zamanı vicdansız məmurların bu qanun altına düşəcəyini bəyan edib.

Nəticədə müxalifyönlü Leyborist Partiyası tərəfindən də dəstəklənən qanun layihəsi yekdilliklə qəbul olunub.

Lahihənin Lordlar Palatasına göndəriləcəyi və onun burda da asanlıqla səsvermədən keçəcəyi gözlənilir. Bundan sonra isə layihə qanun statusu alacaq.

Uzun müddətdir ki, belə bir qanunun qəbul edilməsi barədə çıxış edən Hermitage Capital fondunun yaradıcısı William Browder səsvermənin nəticələrini "əsl qələbə" adlandırıb. Onun fikrincə, qanun qəbul edildikdən sonra o Rusiya və digər avtoritar ölkələrdəki laqeyd məmurların ürəyinə qorxu salacaq.

O, həmçinin qanunun təsdiqlənəcəyi Britaniyanın (ABŞ və Estoniyadan sonra) Sergey Maqnitskinin ölümündə əli olan insanların məsuliyyətə cəlb edilməsinə icazə verən qanunu qəbul edən üçüncü ölkə olacağını iddia edib.

Browder-in iddialarına görə, Hermitage Capital fondunda hüquqşünas olan Maqnitski Rusiya DİN-nin ölkə büdcəsindən 5,5 milyard rubl oğurlamasına yardım edən saxta sxemi aşkar edib. Lakin nəticədə cinayət məsulliyətinə Browder və Maqnitski cəlb olunub.

Browder vegidən yayındığına görə Rusiyada qiyabi olaraq 9 il həbs cəzasına məhkum olunub. Bu məsələ ilə bağlı saxlanılan Maqnitski isə məhkəməyə qədər istintaq təcridxanasında ölmüşdü.

Onun ölümündən sonra ABŞ yeni qanun təsdiqlədi. Həmin sənəd cənab Maqnistki və digər insan haqqlarının pozulımasında əli olan şəxslərin hesablarının dondurulmasına və viza məhdudiyyətlərinin tətbiqinə icazə verir.

Bu barədə daha geniş