Aİ Gürcüstanla vizasız gediş-gəliş qaydalarını dəstəkləyib

Gürcüstan vətəndaşları 90 gün müddətinə Aİ-ə vizasız gedə biləcəklər. Fotonun müəllifi AFP
Image caption Gürcüstan vətəndaşları 90 gün müddətinə Aİ-ə vizasız gedə biləcəklər.

Avropa İttifaqının Şurası Gürcüstanla vizasız gediş-gəliş rejimini dəstəkləyib.

Yeni qaydalara görə, Gürcüstan vətəndaşları 180 gün zaman kəsimində 90 gün müddətinə Avropa İttifaqına vizasız getmək haqqını əldə edəcəklər.

Sənəd Avropa İttifaqı Şurası və Avropa Parlamentinin rəsmi təsdiqini qazanmalıdır.

Növbəti mərhələdə onun mətni Avropa İttifaqının rəsmi orqanında çap ediləcək.

Bundan 20 gün keçmiş vizasız rejim qüvvəyə minmiş sayılır.

Bu deməkdir ki, ailələrilə görüşmək, biznes və turizm məqsədlərilə Avropaya yollanan Gürcüstan vətəndaşları üçün viza tələb olunmayacaq.

Qaydalara əsasən vizasız səyahət haqqı yalnız biometrik pasportların sahiblərinə şamil edilir.

Vizasız rejim Böyük Britaniya və İrlandiya aid deyil.

Avropa Parlamenti vizasız gediş-gəliş qaydasını fevralın 2-də dəstəkləyib.

Aİ və Gürcüstan arasında məsələ ilə bağlı danışıqlar 2012-ci ildə başlayıb.

Danışıqlara əsas maneə törədən əngəl viza rejiminin dayandırılması mexanizmilə bağlı olub.

Bu məsələ öz həllini ötən ilin sonunda tapıb.

Sərbəst səyahət rejimi Aİ-ə üzv ölkə və yaxud da Avropa Komissiyasının tələbilə dayandırıla bilər.

Bu barədə daha geniş