Güclü Sovet gimnastı Olqa Korbut medallarını satışa çıxarıb

Olqa Korbut 1972-ci il Münhen Olimpiadasında üç qızıl və bir gümüş medal qazanıb Fotonun müəllifi AP
Image caption Olqa Korbut 1972-ci il Münhen Olimpiadasında üç qızıl və bir gümüş medal qazanıb

1972-ci il Münhen Olimpiadasında dünyanı heyran qoyan Olqa Korbut, medal kolleksiyası və digər kuboklarını ABŞ hərraclarından birində satıb.

Yeddi hissədən ibarət satış, Münhen Oyunlarında qazandığı iki qızıl və bir gümüş medal da daxil olmaqla, 183,000 dollara çatıb. Onların arasında ən bahalı medal, onun komanda qızılı olub (66,000 dollar).

Belorusda doğulan Korbut, 1991-ci ildə ABŞ-a köçüb. Hazırda 61 yaşı var və Arizonada yaşayır.

Rusiyanın Gazeta.ru xəbər səhifəsi bildirib ki, onun maliyyə çətinlikləri olub.

"Medallar Korbut-u aclıqdan qurtarıb," Gazeta.ru başlıqda yazıb.

Fotonun müəllifi AP
Image caption Hazırda 61 yaşlı Korbut, Arizonada sakit həyat yaşayır

Soyuq Müharibənin ən yüksək səviyyədə olduğu 1972-ci ildə mükəmməl çıxışı ilə Korbut, Qərbdə milyonların qəlbini fəth edir. Onun cəmi 17 yaşı var idi.

1.50 metr boylu Korbut-a "Minskli Sərçə" ləqəbi verilmişdi. Valehedici gülüşü və fərqli cəlbediciliyi onu Olimpiadanın əfsanəsinə çevirmişdi.

O, 1972-ci il Münhen Olimpiadasında üç qızıl (komanda, balans tiri və sərbəst hərəkətlər üzrə) və bir gümüş medal qazanır. 1976-cı il Monreal Oyunlarında daha bir qızıl və gümüş medala sahib olur.

Fotonun müəllifi Screenshot - Heritage Auctions
Image caption Korbut-un 1972-ci ildə qazandığı medallardan biri

Heritage Auctions hərracının satış təşkilatçısı deyib ki, "dünya səviyyəsində idman məşhurluğunun yenidən ortaya çıxması üçün təbiətin bu kiçik gücünə inanmayan bir gimnast yoxdur yəqin ki."

Satışa çıxarılan əşyalar arasında onun leotard-larından biri (çıxış geyimi), 1972-ci il BBC İlin İdman Siması Mükafatı, müxtəlif Sovet medalları və imzalı idman jurnalı üz qabığı da olub.

Korbut Hərəkəti, onun asimmetrik tirlər üzərində etdiyi bir hərəkət kimi bilinir və hazırda çox təhlükəli sayıldığına görə Olimpiadada qadağan olunub.

Hərəkəti YouTube-da izləmək mümkündür.

1978-2000-ci illər arasında Korbut, tanınmış Sovet folklor ifaçısı Leonid Bortkeviç ilə evli olub və 1991-ci ildə SSRİ dağıldıqdan sonra, ABŞ-a köçüblər.

Onun Richard adlı oğlu var.

Əlaqəli mövzular