Erdoğan və Baş Qərargahdan "Qərargah narahatdır" ifadəsinə açıqlamalar

Genelkurmay Başkanlığı Fotonun müəllifi Getty Images

Türk Silahlı Qüvvələrinin (TSQ) yaydığı açıqlamada "TSQ ilə dövlət və hökumət arasında bir problem olmadığı" vurğulanıb. Açıqlamada Hürriyet qəzetində "Qərargah narahatdır" başlığı ilə dərc olunan xəbər üçün verilən suallara cavablarda "TSQ-in daxili siyasətin aləti vəziyyətinə gətirilməsi və şəxsi işlərdən uzaq tutulmasına ehtiyac olduğu" qeyd olunub.

TSQ-in açıqlamasında, "Son zamanlarda davamlı olaraq Baş Qərargah nazirinə edilən əsassız və məqsədli tənqidlərlə, Türk silahlı Qüvvələrinin zəiflətməyə çalışıldığı" iddia edilib.

Bəyanatda deyilir ki, Türk Silahlı Qüvvələrinə və Baş Qərargah rəisinin ünvanına edilən tənqidlər iftiradır və məqalədə dərc edilmiş iddialarla bağlı mətbuat nümayəndəsinə məlumat verilməmişdir.

'Qərargah narahatdır' ifadəsindən söz gedə bilməz

Xəbər ilə bağlı edilən dəyərləndirmənin "diqqət və həssaslıqla" təşkil olunduğu və "Qərargah Narahatdır, Qərargahda Narahatçılıq, Türk Silahlı qüvvətlərində Narahatçılıq və s." kimi ibarələrdən söz belə gedə bilməz" deyə vurğulanır.

Verilən suallara da qısa olaraq, "Türk Silahlı Qüvvələrinin daxili siyasətin alətinə çevrilməməsi, şəxsi işlərdən uzaq tutulmasına ehtiyac olduğu" bildirilib.

Açıqlamada, "Terrorizmlə qərarlı və əzmli bir şəkildə mübarizə aparıldığı, Fərat Qalxanı Hərəkatının uğurla tamamlandığı bir zamanda, bu cür iddia və iftiralarla gündəmi dəyişdirmə cəhdlərini təəssüflə qarşılayırıq. Bu açıqlamanı Türk Silahlı Qüvvələri ilə dövlət və hökumət arasında bir problem var imiş kimi göstərmək, vəziyyəti qarışdırmaqdır. Cavab verilən tənqidləri yayanlar bəllidir" deyilib.

Prezident Recep Tayyip Erdoğan da Hürriyet-dəki xəbər üçün "Qərargah narahatdır başlığı kimi ifadələr, bizi narahat etdiyi qədər, TSQ-ni də narahat edib" deyib.

Erdoğan: Edilənlər tərbiyəsizlik, səviyyəsizlik

Fotonun müəllifi Getty Images
Image caption Erdoğan-ın mətbuat konfransında, Baş Qərargah Naziri Hulusi Akar da işitrak edib

Erdoğan Pakistanın paytaxtı İslamabada səfərindən öncə etdiyi açıqlamada deyib:

"Bu başlıq, açıq deyə bilərəm ki, tərbiyəsizilikdir, səviyyəsizlikdir. Belə bir başlığı yaymağa bu qəzetin nə redaktorlarının, nə də sahiblərinin haqqı yoxdur. Dövləti öz içində bir-birinə qarşı qoymağa heç kimin haqqı və səlahiyyəti yoxdur. Bu, onların keçmiş adətləridir. Hər şey artıq keçmişdə qalıb. Hər kəs öz yerini və mövqeyini bilməlidir."

Bu barədə daha geniş