Financial Times: ‘Erdoğan inqilabını tamamlayır’

Erdoğan Fotonun müəllifi AP

İngiltərənin Financial Times qəzetində, Türkiyə müxbiri Mehul Srivastava imzası altında 'Erdoğan inqilabını tamamlayır' başlıqlı bir təhlil yer alıb.

Məktəblərin tədris ilində bu il edilən bir dəyişikliyə görə, şagirdlərə göstərilən videoda, prezident Recep Tayyip Erdoğan ilə Mustafa Kemal Atatürk arasındakı idarə oxşarlığı vurğulanır, yazıda deyilir.

Tədrisdə 'kimlər üçünsə ikinci inqilab' olaraq bilinən müddətin bitməsi qeyd olunur.

Nümayiş etdirilən videolarda Atatürkün Geliboludakı görüntülərindən sonra, Erdoğanın 15 iyuldakı çevriliş cəhdinin qarşısını alması ilə bağlı çıxışının verildiyi deyilir.

Mesajın "Atatürk qurucu, Erdoğan qoruyucu" olduğu bildirilən yazıda, iki liderin siyasi baxışları arasındakı fərqə rəğmən, oxşarlıqları belə izah edilib: "Atatürk kimi Erdoğan da özünü, gücü xalqın iradəsindən qaynaqlanan bir sosial mühəndis ünvanına sahib, dəmir yumruqlu bir lider olaraq təqdim edir."

"Erdoğan-ın başladığı inqilabın tamamlanması üçün 16 apreldəki referendumda qalib gəlməsinin" vacibliyi vurğulanıb və qeyd edilib ki, 15 iyuldan sonra Erdoğan 'təmizlik silahından' istifadə edir.

'Erdoğan bir təhlükə sezir'

Xəbər üçün müsahibə verən Erdoğana yaxın köhnə simalardan olan bir qaynaq deyib: "Dostum Erdoğan bir təhdid sezir, həqiqi bir təhdid, buna görə də bununla mübarizə aparmalıdır. Narahatedici məqam isə bunun heç zaman bitməyəcəyi və heç kimin özünü təhlükəsiz hiss etməməsidir."

'Milyard dollarlıq malına əl qoyulub'

Eyni zamanda, rəsmi qəzetin də idarə olunduğunu yazan məqalədə, çevriliş cəhdində ittiham edilən Fetullah Gülenin yaxınlarının milyard dollarlıq malına ən qoyulduğu bildirilib.

"10 ildir bu işin sahibləri, Erdoğan və Gülen dünyavilərə qarşı işbirliyi edərkən, hökumətdən aldıqları sözləşmələrlə varlanıblar," qəzetdə yazılıb.

Prezidentin bir sözçüsü isə, referendumun Erdoğanın xalqa daha çox hesab verməsi üçün edildiyini söylədiyi yazılıb.

"Cənab Erdoğan uzun zamandır Kemalçılara, dünyavilərə, gülençilərə qarşı mübarizə aparır.

Təsirləri dərhal aradan qaldırmaq mümkün olmayıb, belə ki, prezident seçilməsi üçün tələb olunanları etmək istədiyi anda, qarşısını almağa çalışırlar."

Əlaqəli mövzular

Bu barədə daha geniş