Putini cinayətkar siyahısına daxil edən polis bəraət qazanıb

Putin Fotonun müəllifi Getty Images
Image caption Vladimir Putin beykerləri sevir, amma bu cinayət deyil

Rusiya prezidenti Vladimir Putinin adının səhlənkarlıq nəticəsində cinayətkarların siyahısına daxil etməkdə ittiham edilən 3 Finlandiya polisindən sonuncusu bəraət qazanıb.

2013-cü ildə Rusiyada cinayətkarlıqda şübhəli bilinən şəxslərin siyahısına Vladimir Putinin adının daxil edilməsi Finlandiyanın Daxili İşlər Nazirliyini çətin vəziyyətə salmışdı.

İki polis əməkdaşına qarşı qaldırılan iddia daha aşağı instansiyalar tərəfindən rədd edilmişdi.

İndi isə Apellyasiya Məhkəməsi üçüncü polisə qarşı qaldırılan ittihamı rədd edib. Kreml bu məlumatlara reaksiya verməyib.

Rusiyanın şimal qonşusu ilə münasibətləri bəzən mürəkkəbləşsə də, səhv barədə məlumatlar yayıldıqda bunu ironiya ilə qarşılayan Kreml hansısa tədbirlərin görülməsində təkid etməyib.

Finlandiya prokurorluğu cinayətkarlıqda şübhəli bilinən şəxslərin baza məlumatında çoxsaylı səhvlərə yol verildiyini bəyan edib.

Anlaşılmaz səbəb üzündən Rusiya prezidentinin adı da bu siyahıda yer alıb.

"Ciddi səhv"

Apellyasiya Məhkəməsi polisin cinayət məsulliyətinə cəlb edilməməsi barədə hökm çıxararaq ona bəraət verib.

Məhkəmənin qərarına görə, polis bilavasitə baza məlumatlarına görə cavabdehlik daşısa da, onun vəzifə öhdəlikləri barədə aydın yazılmayıb.

Putinin adının cinayətdə şübhəli bilinən şəxslərin siyahısında olması barədə Finlandiya KİV-lərində məlumat yayıldəqdan sonra ölkə polisi buraxılan "ciddi səhvə" görə Rusiya prezidentindən üzr istəməli olmuşdu.

Yerli MTV3 kanalının yaydığı məlumata görə, bu səhv prezidentin "Gecə canavarları" qrupundan olan baykerlərlə münasibəti olması üzündən baş verib.

Lakin Finlandiyanın daxili işlər naziri Paivi Rasanen Rusiya prezidentindən üzr istəyərkən baykerlər barədə bir söz deməyib.

Xanım nazir onun adının bu siyahıya necə düşməsini aydınlaşdıracağına və cavabdehin tapılacağına dair vəd vermişdi.

Bu barədə daha geniş