Qazaxıstan parlamenti öz rolunun genişləndirməsinə səs verib

Qazaxıstan parlamenti Fotonun müəllifi Getty Images
Image caption Qanun layihəsi parlamentə Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək hüququ verir

Qazaxıstan parlamentinin hər iki palatasının deputatları birgə iclas zamanı konstitusiyada dəyişiklər edilməsi barədə qanun layihəsini ikinci və sonuncu oxunuş zamanı qəbul ediblər.

Bu gün səhər parlamentin və hökumətin ölkənin siyasi həyatında rolunun genişləndirilməsinə istiqamətləndirilən dəyişikliklər onlara prezident səlahiyyətlərinin bir hissəsinin verilməsini nəzərdə tutub.

Xüsusilə, hökumətə dövlət proqramını, vahid maliyyə sistemini və dövlət büdcəsindən maliyyələşən bütün orqanlar üçün işçilərin əmək haqqının ödənilməsini təsdiqləmək hüqüqu verilib.

Bundan başqa qanun layihəsi hökumətin formalaşdırılmasında məclisin (aşağı palata) rolunu genişləndirir, həmçinin parlamentə Nazirlər Kabinetinin işinə daha çox nəzarət etmək imkanı verir.

Qazaxıstan konstitusiyasına ölkə prezidenti Nursultan Nazarbayev tərəfindən müəyyən edilən respublikanın fəaliyyət prinsiplərinin dəyişməz qalması barədə dəyişikliklər də edilib. Bu barədə məclisin deputatı Nurlan Abdirov məlumat verib.

2016-cı ilin dekabrında Nazarbayev xüsusi komissiyaya prezident, parlament və hökumət arasında səlahiyyətlərin bölüşdürlməsi imkanlarını nəzərdən keçirmək barədə göstəriş vermişdi.

Bununla yanaşı Nazarbayev Qazaxıstanın prezident idarəciliyi formasında qalacağını da vurğulamışdı.

Ötən ilin noyabr ayında məclisin bir neçə deputatı paytaxt Astananın prezidentin şərəfinə Nursultan adlandırılmasını təklif etmişdi.

Qazaxıstan Konstitusiya Şurasının başçısı İqor Roqov hələ o zaman referendumda deputatların daha bir təşəbbüsünün - prezident Nazarbayevin xidmətlərinin ölkə konstitusiyasının giriş hissəsində əbədləşdirilməsinin müzakirəsinin mümkünlüyünü bəyan etmişdi.

Bu barədə daha geniş