ABŞ: Obamacare sığorta sistemini dəyişən qanun layihəsi təqdim olunub

Paul Ryan Fotonun müəllifi Getty Images
Image caption Konqresin spikeri Paul Ryan

ABŞ Konqresindəki respublikaçılar fraksiyası keçmiş prezident Barack Obama tərəfindən tətbiq edilən Obamacare sığorta sistemini dəyişən qanun layihəsini təqdim edib. Respublikaçılar həmişə bu qanundan narazı olduqlarını bildiriblər.

Bu gün sığorta sahiblərinin əksəriyyəti dövlətdən yardım alır. Əlverişli səhiyyə və xəstələrin qorunması (məhz onu adi insanlar Obamacare adlandırırlar) barədə sərəncam bütün amerikalıları tibbi sığorta bağlamğa məcbur edir.

Əks halda onlar illik 995 dollar təşkil edən cəriməni ödəməlidirlər. Sığortaya görə əlavə pul ödənməsi bir çox amerikalının narazılığına səbəb olmuşdu.

Onların firkincə, ABŞ konstitusiyasına görə, hökumət qanunların köməyilə insanları müəyyən məhsulları almağa məcbur edə biməz.

İslahatlar çərçivəsində respublikaçılar cərimələrin, həmçinin vergi güzəştlərindən istifadə edən yaşlı sakinlərə subsidiyaların verilməsinin ləğv edilməsini təklif edir.

"Bu gü amerikalılara səhiyyə sistemi çərçivəsində seçim etmək imkanını geri qaytarmaq və onu yenidən əlçatan etmək istiqamətində vacib addım atılıb. Prezident Donald Trump konqressmenlərlə birgə bu yeni layihə üzərində çalışmağa məmnun olar", - deyə Ağ Evin bəyanatında bildirilib.

Demokrat Partiyasının üzvləri artıq bu təşəbbüsə reaksiya verərək bundan sonra tibbi xidmət qiymətlərinin kəskin artacağını qeyd ediblər.

Bundan başqa onlar tibbi sığorta barədə yeni qanunun sığortalı amerikalıların ümumi sayının azaldacağını, ilk növbədə kasıbların sığortadan məhrum olacaqlarını vurğulayıblar.

Obamacare layihəsi əvvəllər sığortası olmayan 20 milyon ABŞ vətəndaşına sığortalanmaq imkanı yaratmışdı.

Bəzi respublikaçılar yeni islahatların kasıb ailələrə keyfiyyətli tibbi xidmətdən yararlanmağa imkan verməyəcəyini qeyd ediblər.