Türkiyə-Almaniya gərginliyi 5 suala cavabda

Mevlüt Çavuşoğlu Fotonun müəllifi Getty

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Almaniya və Türkiyə münasibətlərinin mühüm bir dövründə Almaniyaya əhəmiyyətli bir səfər edib.

Cənab Çavuşoğlunun almaniyalı həmkarı Sigmar Gabriel ilə aralarında baş tutan görüşdən sonra "dərin fikir ayrılıqlarımıza baxmayaraq, dialoq qurmaqdan başqa alternativimiz yoxdur" deyib.

Çavuşoğlunun bu səfərinin iki ölkə arasındakı münasibətləri yumşaldıb-yumşaltmayacağı hələ ki məlum deyil. İki ölkə arasında son zamanlarda iplərin gərilməsinə yol açan hadisələri nəzərdən keçirək.

1. Türkiyə və Almaniya arasında son gərginlik necə başladı?

Die Welt'in alman qəzetinin Türkiyə müxbiri Deniz Yücelin həbs edliməsindən sonra Almaniyadakı bəzi siyasətçilər türk lideri Recep Tayyib Erdoğanın ölkəyə girişinin qadağan edilməsini və türk hökumət nümayəndələrinin bu ölkədə keçirəcəyi toplantıların ləğv edilməsini təklif etdi.

Bu müzakirələrdən sonra Türkiyənin ədliyyə naziri Bekir Bozdağın Almaniyanın Gaggenau şəhərindəki Avropalı Türk Demokratlar Birliyi (UETD) tərəfindən təşkil olunan 16 aprel referendum ilə bağlı planlaşdırılan toplantısının ləğv edildiyi bildirildi.

Fotonun müəllifi AFP
Image caption Almaniya Xarici İşlər naziri Sigmar Gabriel və Mevlüt Çavuşoğlu

Gaggenau bələdiyyəsi toplantının böyük bir ehtiyac üzündən salon və park yerlərinin çatışmazlığı səbəbiylə ləğv edildiyini açıqlayıb.

Bələdiyyə qərarın siyasi olmadığını vurğulayıb.

İqtisadiyyat naziri Nihat Zeybekcinin də Köln şəhərindəki toplantısı ləğv edildi.

2. Türkiyə necə reaksiya verir?

Ədliyyə naziri Bekir Bozdağ toplantısının ləğv edilməsinə sərt reaksiya verərək alman həmkarı ilə planlaşdırılan görüşdən və Almaniya səfərindən imtina edib.

Fotonun müəllifi Getty Images
Image caption Ədalət naziri Bekir Bozdağ

Bununla yanaşı Almaniyanın Ankaradakı səfiri Martin Erdmann ötən həftə Xarici İşlər Nazirliyinə çağrılıb.

"Bizimlə işləmək istəyirsinizsə, bizə necə davranacağınızı öyrənmək məcburiyyətindəsiniz. Bu yolla bu işlər olmaz, belə davam edə bilməz. Biz də heç çəkinmədən hər çür yolla bunu qarşılığını verərik. Bundan sonrasını isə o zaman siz düşünürsünüz."

"...Bizi bərabər bir ortaq kimi görmək məcburiyyətindəsiniz. Türkiyə sizin tabeliyinizdə olan bir ölkə deyil. Siz Türkiyənin müdiri deyilsiniz. Siz yuxarı təbəqə, Türkiyə aşağı təbəqə deyil. Biz sizə belə davranmırıq. Almaniya da Türkiyəyə bərabər bir ortaq kimi davranmaq məcburiyyətindədir",-deyə XİN naziri Mevlüt Çavuşoğlu deyib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə referendumla bağlı bəzi toplantıların ləğv edilməsini "nasist dövrünə" bənzədib: "Sizin indiki davranışlarınız keşmişdəki nasist davranışlarınızdan heç də fərqli deyil, bunu bilin".

"Bu cür bənzətmələr sadəcə nasistlərin insanlığa qarşı işlətdiyi günahların əhəmiyyətini azaltmağa yarayar". Almaniyanın Baş naziri Angela Merkel Erdoğanın sözlərinə cavab olaraq bunları deyib.

Fotonun müəllifi AFP
Image caption Almanya Başbakanı Merkel ve Cumhurbaşkanı Erdoğan 2 Şubat'ta Ankara'da bir araya gelmişti.

3. Almaniya türk siyasətçilərinin toplantılarına niyə icazə vermir?

İstanbuldakı Heinrich-Böll Fondunun direktoru və Türkiyə mütəxəssisi Kristian Brakel bu toplantıların Almaniya hökuməti tərəfindən qadağan edilmədiyinin anlaşılmasının əhəmiyyətli olduğuna diqqəti çəkib:

"Hətta yerli bələdiyyə başçıları və bürokratların bu toplantıları qadağan etmək üçün inzibati qərarlar alması, federal hökumət üçün böyük bir baş ağrısı anlamına gəlir. Gaggenau-dakı qadağa böyük ehtimalla həqiqətən bura çox insanın toplaşacağından və türklər arasında münaqişəyə yol aça biləcəyi qorxusundan qaynaqlanıb. Ləğv edilən digər toplantılara, xüsusilə Hamburg-dakına nəzər salsaq, hirsli yerli siyasətçilərin diplomatik nəticələri düşünmədən bir cavab vermək istədiklərini söyləyə bilərik".

Hamburg HafenCity Universistetindən olan Dr. Yaşar Aydın isə toplantıların ləğvinə iki səbəb göstərib : "Birincisi türklərin Türkiyə ilə mədəni və siyasi bağlarından və türk siyasətinin Almaniyaya daşınmasından yaranan narahatlıqdır. İkincisi, Türkiyə ilə Almaniya arasında çıxar fərqliliyi, iki ölkə münasibətlərindəki gərginlik, Almaniyada türk hökumətinə qarşi bir atmosferin olmasıdır".

4. İki ölkə arasında daha əvvəl hansı diplomatik gərginliklər yaşanıb?

Deniz Yücelin həbs olunmasından sonra Almaniya səfirinin Türkiyə XİN-nə çağrılması ilə alovlanan diplomatik gərginlik türk siyasətçilərinin toplantılarının ləğv edilməsi ilə böyüyüb.

2016-cı ilin iyun ayında Almaniya Federal Məclisinin 1915-ci il hadisələrini "soyqırım" kimi xarakterizə edən qanun layihəsini qəbul etməsi münasibətləri daha da gərginləşdirmişdi.

Baş nazirin köməkçisi və hökumət sözcüsü Numan Kurtulmuş, xarici işlər naziri Mevlüt Çavuşoğlu və baş nazir Binali Yıldırım bu qərarı qınamışdılar. Bu qərardan sonra Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunun məsləhətlər aparmaq üçün geri çağırdığını açıqladı.

Türkiyənin bu qərara cavab olaraq almaniyalı deputatların İncirlik bazasındakı alman əsgərlərini ziyarət etmələrinə icazə verməməsi yaşanan gərginliyin daha artmasına səbəb oldu.

Almaniya isə ziyarətə icazə verilmədiyinə görə əsgərlərini İncirlik bazasından geri çəkəcəyini irəli sürdü.

Türkiyə yalnız sentyabr ayında ölkə prezidenti Erdoğan və Almaniya baş naziri Angela Merkel G20 zirvə toplantısında bir araya gəldikdən sonra ziyarətə yaşıl işıq yandırdı. Almaniya millət vəkilləri oktyabr ayında İncirlik bazasını ziyarət edi.

Ötən ilin 15 iyulunda Türkiyədə uğursuz nəticələnən dövlət çevrilişindən sonra Almaniyanın Köln şəhərində "Çevrilişə qarşı demokratik mitinq" adı altında keçirilən nümayişdə Recep Tayyip Erdoğanın video müraciətinun yayınlanmasına icazə verilməməsi münaibətləri daha da gərginləşdirdi.

2016-cı ilin noyabr ayında HDP həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağın həbs olunmasına alman nümayəndələrinin sərt münaibəti Ankara cəbhəsində daha bir narahatlığa yol açdı.

Deutsche Welle Türkçe-nin yazdığına görə ən son olaraq Almaniya ədliyyə naziri Heiko Maas-ın jurnalist Can Dündarı yeni il tədbirinə aparıcı olaraq dəvət etməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

Fotonun müəllifi Getty Images
Image caption İncirlik Üssü'ndeki Alman askerler
Fotonun müəllifi Reuters
Image caption Dışişleri Bakanı Çavuşoğlu ile Kültür ve Turizm Bakanı Nabi Avcı, Almanya'daki turizm fuarında

5. Siyasi gərginlik iqtisadiyyata və ya qaçqın anlaşamasına təsir edərmi?

İstanbuldakı Heinrich-Böll Fondunun direktoru və Türkiyə mütəxəssisi Kristian Brakel Ankaranin xeyrinə olduğu üçün qaçqın anlaşmasına və iqtisadiyyatına təsir etməyəcəyi düşüncəsindədir.

Amma Brakel başqa tədbirlərin görülə biləcəyini də düşünür. Hamburg-dakı HafenCity Universitetindən olan Dr. Yaşar Aydın isə qaçqın anlaşmasının ləğv edilməyəcəyi fikrindədir. Cənab Aydının fikrincə, bu ticarət münasibətlərinə təsir edə bilər:

"İki ölkə arasında gərginlikdən başqa, Türkiyədəki təşkilatlar alman sərmayəçiləri baxımından daha önəmlidir. Yəni hüququn üstünlüyü, qüvvələr ayrı-seçkiliyi və insan haqları kimi mövzular".

Aydının qənaətinə görə bu gərginlik ən çox Almaniyada yaşayan türklərə təsir edir : "Türkiyə ilə gərgin münasibət isalmfobiyanı, anti-türkçülük və irqçilik yaradır".

Əlaqəli mövzular

Bu barədə daha geniş