Barışıq pozulandan bəri Türkiyə-PKK münaqişəsində "2000 adam öldürülüb"

Cizre şəhərində dağıntı Fotonun müəllifi AFP
Image caption Ötən ilki döyüşrədən sonra Cizre şəhərində dağıntılar rayonu

BMT Türkiyə silahlı qüvvələrini ölkənin cənub-şərqindəki üsyan zamanı ciddi pozuntulara yol verməkdə ittiham edir.

18 aydan az müddət ərzində PKK ilə münaqişədə 2000 insan həyatını itirib.

2015-ci ilin iyulundan 2016-cı ilin dekabrınadək 500 mindən çox adam, əsasən kürdlər, öz yurdlarından didərgin düşüblər.

Bu arada, təqdim olunan peyk görüntülərində "evlərin ağır silahlar tərəfindən dağıdılmasının nəhəng miqyasını" görmək mümkündür.

Türkiyə ilə Kürdistan Fəhlə Partiyası (PKK) arasında iki ildən bəri davam edən atəşkəs 2015-ci ilin iyulunda pozulub.

Sonrakı dövrdə BMT araşdırmaçıları hökumətin 30-dan çox şəhər və qəsəbədə apardığı əməliyyatlar zamanı baş vermiş minlərlə ölüm, itkin düşmə və işgəncə halını qeydə alıblar.

BMT-nin insan hüquqları rəsmisi Zeid Rəad əl-Husseyn Türkiyə hökumətini tənqid edərək " [hökumət tərəfindən] heç bir etibarlı araşdırmanın aparılmadığı barədə xəbərlərdən xüsusilə narahat olduğunu" deyib.

Fotonun müəllifi AP
Image caption Sur rayonunda təhlükəsizlik əməliyyatları nəticəsində dağıntıları nümayiş etdirən peyk görüntüsü.

O deyib ki, hökumət "bu hesabatda göstərilmiş çox ciddi ittihamların səhihliyini şübhə altına alıb". Prezident Recep Tayyip Erdogan administrasiyası bu tapıntılarla bağlı müstəqil şərh verməyib.

BMT İnsan Haqları Ofisinin hesabatı gizli və özəl mənbələrə, peyk görüntülərinə və başqa mənbələrə istinad etməli olub. Belə ki, Türkiyə hökuməti araşdırmaçıları anti-PKK əməliyyatlarının keçirildiyi ərazilərə buraxmayıb.

Hökumət hesabat müəlliflərinə bildirib ki, administrasiyanın terrorçu təşkilat saydığı PKK "türk təhlükəsizlik qüvvələri və digər şəxslər arasında ölüm və xəsarətlərə səbəb olmuş çoxsaylı zorakı hücumlar həyata keçirib".

Hökumət bildirir ki, PKK bundan başqa "uşaqlar da daxil olmaqla insanları oğurlayıb, şəhərlərdə səngərlər qazaraq yolları kəsməklə, tibb xidmətlərinin təcili tibbi yardım göstərməsinin qarşısını alıb".

Türkiyə ölkənin cənub-şərqində kürd üsyançıları ilə on illərlə mübarizə aparıb.

PKK 1984-cü ildə Türkiyə hökumətinə qarşı silahlı mübarizəyə başlayıb.

Təşkilat Türkiyə ərazisində müstəqil kürd dövlətinin qurulmasını istəyir.

O zamandan bəri on minlərlə insan həyatını itirib. 2015-ci ildə atəşkəsin pozulmasından bəri PKK silahlıları təhlükəsizlik qüvvələrinə hücum edir, ordu isə əsasən kürdlərin yaşadığı şəhərləri mühasirəyə alır.

Əlaqəli mövzular

Bu barədə daha geniş