Apple Rusiyada qiymət müəyyənləşdirmək üzrə günahkar bilinib

iphone 6s Plus out of box Fotonun müəllifi Getty Images
Image caption 6s Plus modeli də daxil olmaqla iPhone-ların qiymətləri Apple Rusiya tərəfindən müəyyənləşdirilib, tənzimləyici deyib

Rusiyanın rəqabət gözətçisi, Apple-n ölkə üzrə satılan müəyyən modellərin qiymətini dəyişdirdiyini müəyyənləşdirib.

Federal Anti-Monopoliya Xidməti (FAX) bildirib ki, Apple-n yerli filialı, 16 pərakəndə satış məntəqəsinə iPhone 5 və iPhone 6 modelli telefonların qiymətini saxlamağı məsləhət bilib.

Əgər aşkarlanarsa, qiymət qaydalarına əməl etməmək müqavilənin ləğvi ilə nəticələnə bilər.

Apple şərh ilə bağlı heç bir izah verməyib.

Araşdırma zamanı Apple, məhsullarının qiymətlərini idarə etmək fikrini təkzib edib və Reuters-ə bildirib ki, dükanlar, "Rusiya və dünyada satılan Apple məhsullarının qiymətlərini özləri müəyyənləşdirilər".

Tənzimləyici bildirib ki, Apple, artıq qiymət müəyyənləşdirmə siyasətini dayandırıb, lakin, şirkətin cərimələnəcəyi barəsində bir söz deməyib.

FAX, Apple Rusiyanın iPhone 5c, 5s, 6, 6 Plus, 6s və 6s Plus modellərinin qiymətlərini yoxladığnı bildirib.

"Qiymətlərin 'uyğunsuz' olması aşkarlanarsa, Apple-n Rusiya filialı satıcılara e-maillər yollayaraq qiymətlərin dəyişməsdirilməsini stəyəcək," gözətçi söyləyib.

FAX-n müdir müavini Andrey Çarikovski əlavə edib ki, "Apple aktiv şəkildə araşdırmada əməkdaşlıq edir" və şirkət "qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər müəyyənləşdirib".

Buraya Rusiyada işçilərin "anti-monopoliya qanunverici normalar üzrə" təlimi də daxildir.

May ayında FAX, Google-n istifadəçilərini öz tətbiqetmə proqramından məcburi istifadəsini aşkarlayaraq şirkəti 6 milyon dollar cərimələyib.

Və noyabrda tənzimləyici, Moskvada yerləşən anti-virus şirkəti Kaspersky tərəfindən edilən şikayətə əsasən, Microsoft-n Windows 10 ilə fond bazarında öz mövqeyindən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırma işinə başlayıb.

Bu barədə daha geniş