Türkiyə "reallıqla əlaqəni tamamilə itirib" - Donald Tusk

Türkiyə bayrağı, İstanbul, 13 Mart, 2017. Fotonun müəllifi EPA
Image caption Türkiyə refendumuna dair Avropa ölkələrində təşviqat kampaniyasına qadağadan narazıdır.

Türkiyə hollandları faşist adlandırmaqla "reallıqla əlaqəni tamamilə itirib" Avropa İttifaqı Şurasının prezidenti deyib.

Donald Tusk-un bəyanatı Türkiyə refendumuna dair Avropa ölkələrində təşviqat kampaniyasının doğurduğu mübahisələr fonunda səslənir.

Türkiyə prezidenti Hollandiya hökumətini "Nasist qalıqları" adlandırıb və Bosniya müharibəsindəki roluna görə tənqid edib.

Hollandiyanın baş naziri Recep Tayyip Erdoğanın ittihamlarını "dəhşətli saxtalaşdırma" kimi dəyərləndirir.

Almaniya və Hollandiya Türkiyə prezidentinin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan referenduma dəstək məqsədilə keçirilən yürüşlərə yol verməyib.

16 aprelə təyin edilən Konstitusiya referendumuna dair Avropa ölkələrinin mövqeyi Recep Tayyip Erdoğanın qəzəbinə tuş gəlib.

Avropa Parlamentinə müraciətində cənab Tusk Hollandiyanı Rotterdam şəhəri də daxil olmaqla "azadlıq və demokratiya məkanı" adlandırıb.

Donald Tusk-un sözlərinə görə vaxtilə nasistlər tərəfindən dağıdılmış Rotterdam şəhərin meri hazırda Mərakeşlidir.

Ötən şənbə günü türkiyəli nazirə çıxış etməyə izn verilmədikdən sonra Rotterdam şəhərində toqquşmalar baş verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş