Türkiyə niyə referendum keçirir?

Turkey's President Recep Tayyip Erdogan Fotonun müəllifi ADEM ALTAN/AFP/Getty Images

Aprelin 16-da baş tutacaq referendumun bir hissəsi olaraq yeni referendum layihəsi, prezident Recep Tayyip Erdoğanın gücünü daha da artıracaq.

BBC-in Türkiyə müxbiri Mark Lowen müxalif qüvvələrin addımbaaddım mübarizəsindən danışır.

Bir davada müxalif olduğu iddia edilən hökumətin milləti vəkilinin ayağı dişlənir. Başqa birində parlamentdə uçuşan bitki dibçəyi görmək mümkün idi.

Mikrofon oğurlanıb silah kimi istifadə olunur. Bitərəf millət vəkili əlini qandal vasitəsilə kürsüyə bağlayır. Türkiyə konstitusiyası ilə bağlı parlament müzakirələri heç də asan keçməyib.

İlk baxışdan təklif, partiyalar arası uzlaşma kimi görünsə də, Türkiyə konstitusiyasını müasirləşdirmək niyyəti 1980-ci il çevrilişindən sonra baş tutmamışdı.

Əksinə, bu, bir nəslin ən mübahisəli siyasi dəyişikliyinə çevrilib. Buna səbəb isə ölkənin güclü və bölücü prezidenti Erdoğanın təsiridir.

Plan Türkiyəni parlament respublikasından prezident respublikasına çevirməkdir. Müxtəlif dəyişikliklərə bunlar da daxildir:

  • Baş nazirin rolu azaldılacaq. Yeni vitse-prezident postu, bəlkə də iki və ya üç, yaradılacaq.
  • Prezident qərar verici başçı olmaqla yanaşı, ölkənin də başçısı olacaq və siyasi partiya ilə əlaqələrini saxlayacaq.
  • O, yeni nazirlərin təyini, büdcənin hazırlanması, baş hakimlərin əksəriyyətinin seçilməsi və sərəncam ilə müəyyən qanunların qəbuluna qərar verəcək.
  • Yalnız prezident fövqəladə hal elan etmək və parlamenti buraxmaq iqtidarında olacaq.
  • Parlament nazirlərin gözdən keçirilməsi və ya sorğu təklifi haqlarını itirəcək. Lakin, əksər millət vəkilləri tərəfindən səs verilərsə, impiçment prosesi və ya prezident ilə bağlı təhqiqat başladıla bilər.
  • Millət vəkillərinin sayı 550-dən 600-ə qaldırılacaq.
  • Prezident və parlament seçkiləri hər beş ildən bir eyni gündə keçiriləcək. Prezident iki müddətə seçilə biləcək.

Hökumət - və xüsusilə də, prezident Erdoğan - iddia edir ki, islahatlar qərar qəbulunu sabitləşdirəcək və keçmişdə Türkiyəni şikəst saxlayan yöndəmsiz parlament koalisiyaları aradan qaldıracaq.

İddia olunur ki, prezidentin parlament yox, xalq tərəfindən seçilməsi, onun başqa seçilmiş liderlə (baş nazir) qanun qəbulu mübahisələrinin qarşısını alacaq.

Hazırkı sistem, dediklərinə görə, Türkiyəni geri saxlayır. Onlar hətta, iddia edirlər ki, dəyişiklik ötən 18 ay ərzində 500 nəfərin ölümünə səbəb olan ekstremist hücumlarını bitirəcək.

Fotonun müəllifi OZAN KOSE/AFP/Getty Images
Image caption Türkiyədə keçən 18 ay ərzində edilən hücumlar nəticəsində yüzlərlə insan ölüb

Prezident sistemi, ABŞ kimi düzgün yoxlanış və balansı olan ölkələr üçün çox yaxşıdır, tənqidçilər bildirirlər.

Lakin, Türkiyədə azad məhkəmə sistemi mövcud deyil və ölkə, Sərhədsiz Reportyorlar təşkilatı tərəfindən mətbuat azadlığı indeksi üzrə 180 ölkə arasında 151-ci elan edilib. Onlar deyirlər ki, bütün gücü əlində toplayan prezident demokratiyanın üzərinə ölüm toxumu əkəcək.

Cənab Erdoğanın rəqibləri onun avtoritar rejim qurduğunu iddia edirlər. Ötən ilki çevriliş cəhdindən sonra, onun başçılığı altında ən çox jurnalist həbsi qeydə alınıb, ümumilikdə isə 140 min insan həbs olunub, vəzifəsindən tamamilə uzaqlaşdırlıb və ya çıxarılıb.

Ölkənin əsas müxalif partiyası CHP, ona faktiki olaraq məhdudiyyətsiz səlahiyyətlər verilməsini 'diktaturanın möhkəmləndirilməsi' kimi qəbul edir.

"Məhkəmə sıradan çıxıb," Kadir Has Universitetinin politoloqu Ahmet Kasım Han deyib. "Bu, müxalifətin göstərdiyi qədər pis görünməsə də, dövlətin izah etdiyi qədər də yaxşı vəziyyətdə deyil.

Əsl zəiflik isə islahatın baş tutması üçün tələsdiyi bir anda hakimiyyətin, 2000 qanunun dəyişəcəyi ilə bağlı izah verməməsindədir. Heç də yaxşı görünmür, xüsusilə də, hakimiyyətin keçmiş addımlarını nəzərə alsaq."

Fotonun müəllifi Burak Kara/Getty Images
Image caption Uğursuz çevriliş cəhdindən bəri 140 min insan həbs olunub, vəzifəsindən tamamilə uzaqlaşdırılıb və ya çıxarılıb

Hakim AK Partiyası ölkəni referenduma aparmaq üçün uzaq-sağçı MHP partiyasının parlamentdəki səslərini əldə etməli idi.

MHP lideri Devlet Bahçeli, uzun müddət prezident sisteminə qarşı çıxıb: "Türk xalqı, Hitleri qoymadığı kimi," o bir dəfə deyib, "Erdoğanın da bunu etməsinə icazə verməyəcək." O, bunu "taxt-tacsız sultanlıq" resepti adandırmışdı.

Lakin, şayiələr, ona vitse-prezidentlik təklif olunmasının fikir dəyişikliyi yaratdığını iddia edir. Artıq sual, partiyasını da arxasınca apara bilib bilməyəcəyidir.

Partiyanın sədr müavini və bir neçə yerli MHP rəsmiləri, Cənab Bahçelinin fikir dəyişikliyindən sonra, istefa veriblər.

"Bahçeliyə qarşı bir vəziyyət göz önündədir" Dr. Kasım Han deyir. "Fəqət, müxaliflər, fərqli münasibətə görə liderə qarşı çıxmağı partiyanın ənənəsinə zidd hesab edirlər."

İslahata qarşı hərəkata mərkəz-solçu CHP və kürdpərəst HDP partiyaları rəhbərlik edirlər. Sonuncunun fəaliyyətini hakimiyyət, terrorla əlaqələndirir. Partiyanın bir neçə lideri hazıra həbsdədir.

Fotonun müəllifi ADEM ALTAN/AFP/Getty Images
Image caption Sağçı MHP lideri Devlet Bahçeli, artıq təklif olunan konstitusiya dəyişikliklərini dəstəkləyir

İslahata qarşı olan AKP və MHP-li seçicilər, dəyişikliklərin lehinə səs vermək məcburiyyətində qala bilərlər.

Çevriliş cəhdindən sonra referendumun dövlət səviyyəsində fövqəladə vəziyyətdə baş tutacağından, "terrorist" damğasından qurtulmaq üçün onlar çox güman ki, lehinə səs verəcəklər.

"Səsvermənin dövlət nəzarətində baş tutması, iddiaları həssas göstərir və insanlar özlərini yox deyəcək qədər azad hiss etmirlər," Dr. Kasım Han deyir. "Bu, nəticənin üzərinə kölgə salır."

Səsvermə təzadlı olub və rəy sorğularının da siyasiləşdirildiyi hamıya bəllidir. Lakin, bütün işarələr möhkəm bir mübarizənin olacağında xəbər verir.

Konstitusiya islahatı detalları bir çoxu üçün anlaşılmaz olduğu halda, referendum daha çox Cənab Erdoğana köklənib: ölkənin bir tərəfinin dərin rəğbət, digər tərəfinin isə nifrət bəslədiyi prezident.

Bu gücü onun əlinə verib-verməmək, dərin problemli, lakin, mühüm mövqeyə malik ölkənin siyasi müqəddəratını həll edəcək.ər.

Əlaqəli mövzular

Bu barədə daha geniş