"Türk hakerləri" Amnesty, BBC və digər mühüm Twitter hesablarına hücum ediblər

Amnesty International-n Twitter hesabında dərc olunan mesaj Fotonun müəllifi Twitter
Image caption Amnesty International-n Twitter hesabında dərc olunan mesaj

Türkiyə hökuməti tərəfdarları olduğunu deyən hakerlər Amnesty International, Unicef ABŞ və BBC Şimali Amerika kimi Twitter hesabları da daxil olmaqla, nüfuzlu hesablara kiberhəmlə ediblər.

Hakerlər tvitlərini türkcə yazmaqla yanaşı "Nasist Almaniya, Nasist Hollandiya" sözlərindən və Türkiyə bayrağından istifadə ediblər.

Bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın siyasi mübahisə zamanı alman və hollandiya rəsmilərini nasistlərlə müqayisə etməsi ilə üst-üstə düşür.

Twitter, haker hücumunu edən mənbənin yerini müəyyənləşdirdiyini bildirib.

Şirkətin sözçüsü deyib ki, hücum üçüncü tərəfə mənsub olan proqramdan irəli gəlib. O, həmin mənbənin giriş izninin dayandırıldığını deyib.

Sözçü başqa məlumat verməyib.

Amnesty International Twitter-də yazıb: "Bu gün səhər bizim Twitter hesabımıza hücum olunub." Əlavə edilib ki, baş verənlərlə bağlı axtarışlara başlanıb.

BBC Şimali Amerika isə bir tvit-də bildirib:

"Hər kəsə salam - biz müvəqqəti olaraq hesabımızın idarəsini itirsək də, xidmətimiz bərpa olunub. Təşəkkürlər."

Hakerlər həmçinin, biznes nəşri Forbes, dövlət agentlikləri və məşhurların da hesablarını hədəf alıblar.

Bəzi hesablarda çap olunan mesajlarda "16 apreldə görüşərik" kimi qeydlər verilib.

Bu, Türkiyədəki referendumun tarixidir.

Türkiyə ilə Almaniya və Hollandiya arasındakı qalmaqal, iki Aİ üzvünün türkiyəli nazirlərin iştirakı ilə baş tutmalı olan yürüşləri qadağan etməsi olub.

Nazirlər türk əsilli vətəndaşlara aprel referendumundan öncə müraciət etməli idilər.

Bu barədə daha geniş