Yerevanda “Çörək gətirəni öldürüblər”

Sarkisyan
Image caption Fevralda Artur Sarkisyan iltizam şərtlərini "pozduğuna görə" yenə azadlıqdan məhrum edilib.

Yerevanda ötən il xüsusi təyinatlı qüvvələrin mühasirəsini yarıb, polis keşikçi-patrul xidməti alayı binasını ələ keçirən "Sasna tsrer" ("Sasun çılğınları") silahlı dəstəyə yemək aparan Artur Sarkisyanın ölümü ilə bağlı nümayiş başa çatıb.

Yüzlərlə nümayiş iştirakçısı Yerevanın mərkəzində etiraz aksiyasına qatılıb "Artur", "Serjik - qatil" çağırışları ilə yürüşə qatılıb.

Ermənistan Səhiyyə Nazirliyinin nümayəndəsi "çörək gətirən" adını almış Sarkisyanın ölümü ilə bağlı onun vəkili Davit Gürcyanın yaydığı məlumatı təsdiq edib.

"Çörək gətirən" Artur Sarkisyan patrul-keşikçi xidməti (KPX) binasını ələ keçirib iki həftədən sonra hakimiyyətə təslim olmuş silahlı dəstə ilə əlbir olmaqda ittiham edilir.

O, ötən il iyulda ərzaq dolu şəxsi minik avtomobili ilə polis mühasirəsini yararaq, silahlı dəstə tərəfindən nəzarət edilən keşikçi-patrul xidməti ərazisinə keçmiş və təslim olan silahlı dəstə üzvləri ilə birlikdə həbs edilmişdi.

Müdafiəsinə etiraz aksiyaları və bir sıra millət vəkillərinin zəmanəti sayəsində "çörək gətirən" ötən ilin dekabrında şəhəri tərk etməmək iltizamı ilə azadlığa buraxılıb.

Lakin bu il fevralda Artur Sarkisyan iltizam şərtlərini "pozduğuna görə" yenə azadlıqdan məhrum edilib.

İkinci həbsdən sonra Sarkisyan uzunmüddətli aclıq aksiyasına başlayıb, nəticədə onun səhhəti kəskin şəkildə pisləşib.

Müxalif millət vəkilləri Nikol Paşinyan və Edmon Marukyanın təşəbbüsü ilə pul girovu ilə Artur Sarkisyan "Dustaqlar xəstəxanasından" martın 6-da mülki xəstəxanaya köçürülüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş