Rusiya zooparkında yenotun "erotik" video qalmaqalı

A raccoon in a zoo Fotonun müəllifi Getty Images
Image caption Çəkiliş zamanı yenotun hərəkətləri barədə ziddiyətli məlumatlar verilib

Moskvada bir zoopark, yenotlarından birini icarəyə alan video-studiyanı yenotla "erotik" video hazırlamaqda ittiham edir.

Uşaqlara və ziyarətçilərə heyvanlarla oynamağa imkan verən zoopark bəzən heyvanlarını film və ya video çəkilişi aparanlara icarəyə verir.

Zooparkın sözçüsü Viktor Kiyuxin BBC-ə deyib ki, Tomas adlı yenot studio çəkilişdən sonra travma ilə qayıdıb.

"Biz fikir verdik ki, qadınların döşləri onu cəzb edir", sözçü əlavə edib.

Art-Msk video şirkəti isə zooparkın iddiasını "cəfəngiyyat" adlandırıb və bildirib ki, yenot çəkiliş zamanı bir modelin lifçiyini oğurlayıb.

Art-Msk reklam üçün videolar çəkir. Rus mediasının xəbərinə əsasən şirkətin marketinq meneceri Valeri Boqatovun zooparkdan öyrədilmiş heyvan istədiklərini, lakin əvəzinə onlara "çox gənc və həmişə çəkilişdən qaçan" Tomasın verildiyini bildirib.

Məhkəmələrdə mübarizə

Zoopark deyir ki, 2016-cı ilin avqust ayında əldə edilən müqavilədə Tomasın adi reklam çəkilişində iştirak etməsi nəzərdə tutulmuşdu.

Lakin zoopark sosial şəbəkələrdə reklamın videosunda çılpaq modelin olduğunu gördükdən sonra şikayət edərək video və şəkillərin pozulmasını tələb etdiyini deyir.

Onların tələbinə riayət edilmədiyi üçün oktaybr ayında zoopark video şirkəti məhkəməyə verərək yenota dəymiş zərərə görə kompensasiya tələb edib.

Zoopark iddiası ilə heç bir tədbirin görülmədiyinə görə çərşənbə axşamı günü məhkəmə şikayətini yenilədiyini bildirib.

Fotonun müəllifi teatrzoo.ru
Image caption Zoopark tərəfindən yayılan bu şəkildə Tomas və məhkəmə şikayətinin mətni görünür.

Art-Msk-dan Valeri Boqatov israr edir ki, video erotik deyil, çünkü reklamın milli televiziyada yayımlanması nəzərdə tutulmuşdu. Erotik videonun federal kanalda yayımlanması qanunsuz olardı, o deyir.

Lakin Viktor Kiryuxinə görə, Tomasın döşlərə marağı onun çəkiliş vaxtı "döşləri mükafatla əlaqələndirməsi üçün ona yemək mükafatı olaraq verildiyini" göstərir.

Çəkilişdən sonra yenotun davranışı zooparkda işləyən qadınları narahat edib.

Viktor Kiryuxin BBC-yə Tomasın "davranışını dəyişmək 2-3 ay çəkdiyini" deyib və əlavə edib ki, "O artıq xoşbəxtdir...lakin əvvəl o kədərli idi".

Fotonun müəllifi teatrzoo.ru
Image caption Kampaniyaçılar "Yenotların videolarda istismarına son" afişasını tutublar

Zoopark "təbiətin erotikayla qarışmasının əxlaqsız" olduğu deyir. Zooparkın devizi "balaca heyvanlar oyuncaq deyil"-dir.

Bir təbiəti mühafizə qrupu zooparkı dəstəkləyərək Moskvanın Sokolniki rayonunda martın 12-i "anti-istismar" aksiyası təşkil edib.

Cənab Boqatov zooparkı məhkəməyə verməklə və zədələnmiş lifçiyə kompensasiya tələb etməklə hədələyib, Rusiyanın bloq saytı tjournal xəbər verir.

Bəzi Rusiya mediası məhkəmə işinin təbliğat üçün uydurulduğunu deyir. Zooparkın sosial mediada məhkəmə işi ilə bağlı paylaşdığı bəyanatın birində #skandal və #maraqlımoskva həştəqlərindən istifadə edilib.

Lakin zooparkın mətbuat xidməti məhkəmənin ciddi olduğunu və çəkilən videonun zooparkın uşaqlı ailələrə uyğun bir yer kimi nüfuzuna ziyan vurduğunu iddia edib.

Bu barədə daha geniş