İran: Qızıl Çərşənbəni qeyd edənlər cəzalandırılıb

Sokak temizleme cezası alan İranlılar Fotonun müəllifi Ali Abdollahi

İranın Məşhəd şəhərində Hicri təqvimə görə ilin son çərşənbə gecəsi keçirilən Qızıl Çərşənbə (Çərşənbə Suri) mərasimlərində iştirak edən bəzi iranlılara küçə təmizləmə cəzası verilib.

İranda Qızıl Çərşənbə küçələrdə tonqal qalayaraq atəşfəşanlıq və fişəng partladaraq qeyd olunur.

Ancaq hər il polis və İnqilab Mühafizəçiləri, Qızıl Çərşənbədə "ifrata vardıqları" səbəbilə bir çox şəxsi həbs edir.

Məşhəd prokuroru bayramı qeyd etmənin şəhərdə səbəb olduğu ziyanlara görə belə bir cəza verildiyini açıqlayıb.

Prokuror, bu il saxlanılan şəxslərin növbəti ilin bu günündən əvvəl yenidən saxlanılacağını və mərasimlər qurtarana qədər müvəqqəti həbsxanada saxlanılacağını bildirib.

İranın Təsnim informasiya agentliyi builki şənliklərdə üç nəfərin həyatını itirdiyini, 2 min 351 nəfərin də yaralandığını bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş