Georgi Qreçko: kosmos veteranı

Georgi Qreçko Fotonun müəllifi RIA Novosti

Aprelin 8-nə keçən gecə SSRİ və Rusiyanın kosmonavtı Georgi Qreçko 86 yaşında Moskvada vəfat edib. O, 87 sovet və rus kosmonavtı arasında ən yaşlısı idi.

Kosmonavtika ilkin dövrlərdə son dərəcə gənc insanların işi sayılırdı. Kosmosa ilk dalanlardan güclü sağlam bədən və cəsarətdən başqa heç nə tələb olunmurdu. Sonralar isə bilik ehtiyacı yarandı.

Qreçko kosmik gəmilər hazırlayırdı və az keçmədən onlarda uçmağa başlayır. Kosmonavtlar sırasına o, baş konstruktor Serqey Korolyov-un təcrübəli işçisi olaraq, 35 yaşında qoşulub.

85-ci ilin sentyabrında orbit stansiyası "Salyut-7"-ə 54-cü uçuşunu həyata keçirdikdən sonra, Qreçko, 13 il SSRİ/Rusiyanın kosmosda olan ən yaşlı kosmonavtı kimi qalır. Yalnız 1998-ci ildə onun rekordunu Valeri Ryumin təzələyir.

Georgi Qreçko, 1931-ci il mayın 25-i Leninqradda doğulub.

Qırıcı pilotlardan təşkil olunan ilk "qaqarinçi" kosmonavtlardan fərqli olaraq o, əsaslı texniki təhsili almışdı. 1955-ci ildə Leninqrad mexaniki institutunu fərqlənmə ilə bitirdikdən sonra, Qreçko, dərhal Korolyov ilə işləmək üçün təyinat alır.

Burada o öncə, sualtı qayıqlardan buraxılan raketlərin mühərriklərinin hazırlanması ilə məşğul olur.

Sonra ballistika üzrə mütəxəssisləşərək Ay və Veneraya pilotsuz test uçuşlarının trayektoriyasını hesablamağa başlayır.

Qaqarin-in uçuş hazırlığı zamanı isə eniş anında atmosferə daxil olmaq üçün bucağın seçilməsi üzrə işləyir.

1966-cı ildə ilk dəfə olaraq kosmonavtlar sırasına pilot yox, mühəndislər seçilməyə başlanır.

Georgi Qreçko 300 namizəd arasından seçilən 13 şanslı insandan biri olur.

"Kosmik" qisməti isə ona asan başa gəlmir. Qreçko, dərhal Aleksey Leonov (o raketdən çıxmalı, Qreçko isə onu orbitdə gözləməli idi) ilə birgə Aya uçuşa hazırlaşmağa başlayır. Lakin, Yerin təbii peykinə amerikalılar daha tez çata bildiklərinə görə bu sovet proqramı dayandırılır.

Nəticədə Qreçko ilk dəfə kosmosda yalnız 1975-ci ildə ola bilir.

Daha sonra isə uğurlu şəkildə "Soyuzlar"ın bort mühəndisi qismində "Salyut-4", "Salyut-6" və "Salyut-7" orbit stansiyalarına üç uçuşu tamamlayır.

Onun Yuri Romanenko ilə 1977-ci ilin dekabrından 1978-ci ilin martına qədər "Salyut-6"-a baş tutan uçuşu 96 gün çəkir. Bu, o zaman yeni dünya rekordu hesab olunurdu.

İnsanla edilən uçuşların səmərəliyinə ilk şübhə ilə yanaşanlardan biri də Georgi Qreçko olub.

Baş layihəçi akademik Valentin Qluşo deyirdi ki, Qreçko "inkişaf edən bəşəriyyət kimi düşünmür".

Kosmonavt yad planetlərdəki sivilizasiyalar ilə dərindən maraqlanırdı. 1960-cı illərin əvvəllərində o, Tunqus meteoriti düşən yerə təşkil edilmiş ekspedisiyada iştirak edib.

O, bunun gəlmələrin dağılan gəmisinin bir hissəsi olub-olmadığını müəyyənləşdirmək istəyirdi. "Salyut-6"-a olan uzunmüddətli uçuşundan sonra o, pəncərədən UNO obyekt gördüyünü deyir. Daha sonralar isə zarafat etdiyini boynuna alır.

Georgi Qreçko, müxtəlif hobbilərə malik insan idi - avtomobil yarışlarında iştirak edir, paraşütlə tullanma və atıcılıq ilə məşğul olur, markalar toplayır, televiziyada işləyir və filmlərə çəkilərdi.

Əlaqəli mövzular