Ukrayna dilinin mediada rolu artacaq - yeni qanun

Vyshyvanka March in Kiev, 17 May 14 Fotonun müəllifi AFP
Image caption Kiev, 2014-cü il. Vışıvınka yürüşü Ukrayna vətəpərvərlərini cəlb edir.

Ukraynada yeni qanun layihəsi Milli TV yayımının 75 faizinin Ukrayna dilində olmasını tələb edir.

Bu ölkənin çoxsaylı rusdilli əhalisi üçün həssas mövzudur. Ukraynanın şərqindəki münaqişə qismən Rus dilinin tətbiqi ilə bağlıdır.

Yeni qanuna görə regional TV və radio yayımlarının yarısı Ukrayna dilində olmalıdır.

Ali Radada müzakirə olunan qanun layihəsi qəbul edildikdən sonra prezident tərəfindən təsdiqlənməlidir.

Prezident Petro Poroshenko TV-də Ukrayna dilinin istifadəsinin genişlənməsinə səsləyib.

Ötən il keçirilən sosioloji araşdırma media və xidmətlər sahəsində rus dilindən daha çox istifadə olunduğunu müəyyənləşdirib.


"Fikir parçalanması" - Vitali Şevçenko, BBC Monitoring

Dil məsələsi Ukraynadakı münaqişənin mərkəzində durur.

Düşmənçiliyin başlanmasından əvvəl rus və Ukrayna dilli əhali arasında gərginlik çox az idi.

Lakin hələ onda, Kreml "soyqırım"la üzləşən rusların, zor gücünə olsa belə müdafiəyə ehtiyacı olduğunu demişdi.

Kiyev isə əksinə, deyirdi ki, Sovet onilliklərindən sonra qorunmağa ehtiyacı olan məhz ukrayna dilidir.

Ukraynada rus dilini anlamayanlara çətin rast gəlmək olar.

Buna rəğmən televiziyada rus dilində yayımlanan proqramlar ukrayna subtitrlərilə müşayiət olunmalıdır.

Rusiya təbliğatı hesab olunan TV proqramları qadağan edilir.

Sonuncu addım Ukraynada ictimai fikri ikiyə parçalayıb. Tənqidçilər deyir ki, o rusdilli əhalinin rəğbətini qazanmağa kömək etməyəcək.

"Bu ana dili rus olan milyonlarla Ukrayna vətəndaşının haqlarını pozacaq", - əsasən rusca yayımlanan İnter TV kanalının bəyanatında deyilir.

Lakin daha bir populyar telekanal olan "One Plus One"-ın rəhbəri Aleksandr Tkaçenko yeni qanunu dəstəkləyərək "tarixi hadisə" adlandırıb.


Ötən il qəbul edilmiş qanun radioda Ukrayna dilində olan mahnıların sayının artırılmasını nəzərdə tutur.

Qanun ukrayna dilinin istifadasinə 25 faizlik minimum kvotanı müəyyən edir. Lakin 2018-ci ildə həmin kvota 35 faizə çatdırılmalıdır.

Ukrayna dilində nəşr olunan qəzetlərin sayı 35 faizin altındadır. Jurnalların sayı isə 25 faizə yaxındır.

Bu arada məktəblərin 91 faizində ukrayna dominant dildir.

Ölkənin şərqindəki Donbasda Kremlpərəst qüvvələr Kiyevdə qəbul edilən qanunları tanımırlar.

2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımda rus dominant dildir.

Əlaqəli mövzular

Bu barədə daha geniş