Yerevanda “Çörək gətirən”in ölümü ilə bağlı aksiya
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yerevanda “Çörək gətirən”in ölümü ilə bağlı aksiya

Yerevanda ötən il xüsusi təyinatlı qüvvələrin mühasirəsini yarıb, polis alayı binasını ələ keçirənlərə ərzaq aparan Artur Sarkisyanın ölümündən sonra silsilə etiraz aksiyaları keçirilir.

“Çörək gətirən” adını almış Artur Sarkisyan ötən həftə xəstəxanada ölüb. Etirazçılar onun ölümündə hakimiyyəti ittiham edirlər.

Nümayişçilər mərhumun adını səsləyərək, “Azad, müstəqil, Ermənistan”, “Rejim çörək gətirəni öldürdü” şüarları ilə Artur Sarkisyanın ölümündə günahkar hesab etdikləri baş prokurorun istefası, “çörək gətirən”in xəstəliyinə baxmayaraq, ikinci dəfə onun həbsinə vəsatət verən müstəntiq və vəsatəti təmin edən hakimin cinayət məsuliyyətinə cəlb etməsini tələb ediblər.

Bazar ertəsi axşamı aksiya iştirakçıları Azadlıq meydanında növbəti mitinqdən sonra yürüş keçiriblər.

Polisin şəhərin mərkəzində yerə oturub nəqliyyatın hərəkətini dayandıran yürüş iştirakçılarını zorla kənara çıxarması bəzi Yerevan sakinlərinin narazılığını doğurub.

Əlaqəli mövzular