Erdoğandan Avropaya : 16 aprel bitsin, oturub, danışacağıq

ERDOGAN Fotonun müəllifi AP

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəzi nazirlərin iştirak edəcəyi referendum kampaniyası çərçivəsində toplantıların ləğv edilməsiylə bağlı Avropaya qarşı tənqidlərini davam etdirib.

Ankarada keçirilən "İnsan üçün meşə, iqtisadiyyat üçün meşə" adlı tədbirdə çıxış edən Erdoğan Avropanı özünün qoyduğu meyarlara əməl etməməkdə ittiham edib.

"Illər boyu "Avropa İttifaqı meyarları" deyərək bizə təlqin etdikləri nə varsa hamısını indi özləri ayaqlar altına atdılar. 16 aprel bitdikdən sonra, masa arxasında oturub, bunları müzakirə edəciyik. Bu dövran belə davam edə bilməz, Türkiyə olaraq nə lazımdırsa biz onu da edəcəyik ", - deyə Erdoğan söyləyib.

Hollandiya hökuməti martın 11-də bu ölkəyə getmək istəyən Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu və ailə və social siyasətlər naziri Fatma Betül Sayan Kayanın təyyarələrinin enməsinə icazə verməmişdi.

Bundan sonra nazir Fatma Kaya quru yolla Almaniyadan Hollandiyaya keçmişdi.

Kayanın avtomobil karvanı sərhəddə saxlanılıb. Daha sonra diplomatik avtomobillərlə nəzarətdən keçərək Rotterdama çatan Kayanın bu şəhərdəki baş konsulluq binasına girişinə icazə verilib.

Toplanan izdihama polis müdaxilə edib. Niderland polisi müdaxilə zamanı təzyiqli sudan və itlərdən istifadə edib.

Erdoğan "Avropalılar əvvəlcə Suriya məsələsində, sonra isə 16 aprel məsələsində ortaya qoyduqları davranışlariyla öz maskalarını öz əlləriylə cirib atıblar" deyib.

Türkiyə prezidenti çıxışında 16 aprel referndumunda səsverməyə qoyulacaq konstitusiya dəyişiklərilə bağlı dəyərləndirmələr aparıb.

"Millətimdən ricam budur, müxalifətin sayıqlamalarına qulaq asmayın. Biz konstitusiya dəyişikliyilə gələcək yeni sistemin ölkəmizin və millətimizin xeyrinə olduğuna inanmasaq belə bir yola çıxardıqmı?"-Erdoğan deyib.

Bu barədə daha geniş