Diyarbakırda fövqəladə vəziyyətdə Novruz bayramı qeyd olunub

Ahmet Türk ve Osman Baydemir Fotonun müəllifi DHA
Image caption Diyarbakırda bu il Urfadan olan millət vəkili Osman Baydemir ilə Mardin Bələdiyyəsinin həmsədri vəzifəsindən azad olunan Ahmet Türk danışıb

Diyarbakırda Xalq Demokratik Partiyası (HDP) və Demokratik Bölgələr Partiyasının (DBP) təşkil etdiyi Novruz bayramı tədbirlərində iştirak edənlərin sayı çox olub.

Tədbirdə izdihama xitab edən Şanlıurfa millət vəkili və Diyarbakırın keçmiş bələdiyyə başçılarından olan Osman Baydemir və Mardin bələdiyyəsinin həmsədri vəzifəsindən azad olunub bir müddət həbsdə qalan Ahmet Türk çıxşlarında partiyalarının diqqəti yaxınlaşan referendum üçün "Xeyr" kampaniyasına yönəldiklərini bildiriblər.

Diyarbakırda Novruz 2002-ci ildən bu yana ilk dəfə olaraq fövqəladə vəziyyət (OHAL) altında qeyd olunur, lakin ötən illə müqayisədə tədbirlərdə iştirak edənlərin fəallığı daha yüksəkdir.

Həm polisin, həm də təşkilatçıların ciddi təhlükəsizlik nəzarətindən keçən tədbirdə iştirak və coşqu HDP-nin referendum kampaniyası baxımından da çox önəmlidir.

Fotonun müəllifi Hatice kamer

Təhlükəsizlik tədbirləri

Bayram tədbirləri şəhər mərkəzində 4 km uzaqlıqda yerləşən Newroz Parkında keçirilir. Tədbir keçirilən ərazinin çöl tərəfində 5 min polisin vəzifəsini yerinə yetirdiyi bildirilir.

Novruz tədbirlərinə gələnlər ilk olaraq polislərin, daha sonra isə HDP nümayəndələrinin nəzarətindən keçirlər.

5 fərqli nöqtədən girişi olan bu məkana sarı, qırmızı, yaşıl rənglərin bir arada olduğu heç bir bayraq və şarfların girişi qadağan olunsada məkana yenə də bu rənglər hakim oldu.

Bu ilin Novruz bayramına hakim olan mövzu isə əslində yaxınlaşan referendum və HDP-nin "Xeyr" kampaniyası oldu.

Fotonun müəllifi Hatice Kamer
Image caption Məkana rəngli "Xeyr" bayraqları hakim

Məkanda çoxlu sayda HDP və DBP bayraqları və üzərində kürdcə, türkcə "Na" və "Xeyr" yazılan şüarlar diqqəti çəkib.

HDP tərəfində 33 yerdə bayram tədbiri nəzərdə tutulsa da, valilik 21 martdan savayı başqa gün keçiriləcək tədbirlərə icazə verməyib. Bu səbəbdən də 12 yerdə bayram tədbiri ləğv edilib.

Tədbirə nələr təsir edir ?

Diyarbakırdakı Novruz tədbirlərində ötən illə müqayisədə iştirakçıların çox olmasına havanın günəşli olması da təsir edib.

İştirakçılar məkana öz imkanlaıyla, bəziləri isə nağara və zurnaların iştirakı ilə gəliblər. İştirakçıların enerjisi və coşqusu da çox yüksəkdir.

Fotonun müəllifi Hatice Kamer
Image caption İştirakçıların ötən illə müqayisədə fəal olduğu görünür

Amed Spor tərəfdarı gənclər komandalarının formasını geyərək "Dirənməkdə Xeyir var" şüarıyla tədbirdə iştirak ediblər.

Parkın yaşıl məkanlarında qadınlar, uşaqlar və yaşlılar oturaraq tədbiri izləyiblər.

Məkanda danışılanlar

Saç ustası Umut Akbaba hər il Novruz tədbirlərinə gəldiyini, lakin 2013-2014-cü illərlə müqayisədə bu il fəallağın az olduğunu söyləyib: "Həm bahar bayramıdır, həm də xalqımızn yanında olmaq üçün gəlirəm" deyib.

Məmur olduğu üçün nahar fasiləsində tədbirə qatılan bir kişi OHAL və təhlükəsizlik tədbirlərini, partlayan bombaları xatırladıb.

Əminə yaşıl, sarı, qırmızı bir don geymiş. Başındakı sarı-qırmızı örtüyü polis almış. Çox hirslənib, başına qara-ağ bir baş örtüyü taxıb.

"Bu qədər iştirakçı gözləmirdim. İnsanlar təhülkəsizlik tədbirlərinə görə çox qayğılıydı. Amma gözlədiyimdən yaxşı gedir."

Fotonun müəllifi Hatice Kamer

Mücella da insanların ölümlə qorxudulduğunu deyir.

"Son üç ildə baş verənlər elə bil ki, insanları qırıb, amma kürtlər üçün onsuzda hər zaman ölüm var. Yəni ölüm su və çörək kimi normal qəbul olunur. Torpaqlarımız qanla doydu"

Bir qrup gəncin yanına gedirəm. Axtarış nöqtəsində çox gözlədiklərini deyirlər.

Aynur Altan "Bu ilki Novruz çox mühümdür, ötən ilki hakim müqavimətlərindən dolayı anlamı çox böyükdü. Bu il həm referendum, həm də Rojava var, həlledici olacaq. İnsanlar təzyiqə baxmayaraq gəlirlər" deyir.

Image caption Qoyulan qadağaya baxmayaraq məkan sarı, yaşıl və qırmızı rənglərlə bürünüb

Əvvəlki Novruzlar

2016-cı ildə Diyarbakırda Novruz bayramı küçəyə çıxma qadağaları və təhlükəsizlik tədbirləri çərçivəsində qeyd olunmuşdu.

HDP-nin Diyarbakır seçki mitinqi, Suruç və Ankara Garında kütlələri hədəfləyən sui-qəsd hücumları iştirakçıları meydanlardan uzaqlaşdırıb, yeni bomba hücumlarının baş verəcyi qorxusu 2016 Novruz tədbirlərinə qatılanların sayını azaltmışdı.

PKK lideri Abdullah Öcalanın məktublarının oxunduğu 2013-2014 Novruz tədbirləri isə ən böyük izdihamın və coşkunun yaşandığı tədbir kimi qeyd olunur.

Diyarbakır Novruz tədbirlərinin dəyişməz simalarından olan HDP-nin həmsədri Selahattin Demirtaş, bələdiyyə həmsədrləri Gültan Kışanak və Fırat Anlı həbsdə olduqlarıa görə bu ilki tədbirlərdə işitirak etməyəcəklər.

Bir qəza və bir ölüm kölgəsi

Tədbirlər sırasında helium qazıyla doldurulan balonların partlaması bomba çaxnaşması yaratdı.

Nəticədə bir neçə HDP nümayəndəsi yüngül xəsarət alıb.

Başqa bir hadisə isə əlində bıçaqla içəri girmək istəyən və çantasının axtarılmasına icaz verməyərək qaçmağa başladığı iddia edilən gəncin vurulması olub.

Gənc polisin açdığı atəş nəticəsində həlak olub.

Qəyyumların ilk imtahanı

Bələdiyyə başçılarının yerinə təyin olunan qəyyumların da ilk Novruz sınağı olacaq.

Əvvəlki illərdə bələdiyyə avtobusları xalqı tədbirlər keçirilən məkanlara ödənişsiz aparardı.

Bu il bələdiyyənin Novruz tədbirləri üçün göstərəcəyi xidmətlər də maraq dairəsində idi.

Fotonun müəllifi AFP

Diyarbakırın hüquq-mühafizə orqanları, HDP və DBP bayraqları xarıcındə başqa bayraq, plakat və şüarların məkanlara daxil edilməsini qadağan edib.

İllər boyu səhnənin platformasında Demirçi Kawanın rəmzi sayılan böyük bir rəsmin endirilməsi bu ilin yeni qadağalarındandır.

Fotonun müəllifi Getty Images
Image caption Diyarbakır'da polislerin girişte kimlik ve üst araması yaptığı alanda HDP de 300'e yakın kişiyi güvenlik amacıyla görevlendirdi.

2017-ci ilin Novruzunun şüarı olan "Novruz Direniş Atəşidir" yazılarının olduğu plakatlar da dünən səhnədə aşağı endirilmişdi.

Bu ilki tədbirlərə jurnalistlərin marağı yenə çox yüksək olub. Belə ki, 463 yerli və xarici jurnalist Diyarbakırdakı tədbirləri izləmək üçün qeydiyyatdan keçib.

Bu barədə daha geniş