Qalmaqallı yarışçı Mara Baqdasaryana sükan arxasında oturmaq qadağan olunub

Mara Bagdasaryan Fotonun müəllifi Alexander Demianchuk/TASS
Image caption Mara Baqdasaryan Moskvanın "Gelandewagen" yarışınıdan sonra məhşurlaşmışdı

Moskvanın "Gelandewagen" yarışının məhşur qalmaqallı iştirakçısı Mare Baqdasaryan yol hərəkəti qaydalarını pozduğuna görə məhkəmə ona 600 saat məcburi iş kəsərək sürücülük hüququndan məhrum edib.

Məhkəmənin qərarına görə, Baqdasaryan tibbi göstəricilərə əsasən, avtomobili idarə etmək hüququna sahib deyil.

Müstəntiqlər xanımın epilepsiya xəstəliyi olduğunu iddia etsələr də, Baqdasaryanın vəkilləri və atası onun tam sağlam olduğunu və yeni ekspertiza keçirilməsini təkid ediblər.

"Mən Maranın atasıyam. Bütün valideynlər uşaqlarının hansı xəstəliyi olduğunu bilirlər. Biz onunla iki xəstəxanaya getmişik və nervpotoloqun, nevroloqon qəbulunda olmuşuq. Mara müayinədən keçib və onun epilepsiya xəstəliyi yoxdur.", - deyə Elmar Baqdasaryan bildirib.

Baqdasaryan ötən ilin yazında Moskvada keçirilən Mercedes Gelandewagen avtomibillərində keçirilən qalmaqallı yarışlardan sonra məşhurlaşmışdı.

Avtomobil "Lukoil" neft şirkətinin vitse-prezidenti Ruslan Şamsuarovun böyük oğluna məxsus olub, lakin sükan arxasında Abdulvahab Məcidov olub.

Avtomobildəki gənclər polisdən gizlənməyə cəhd göstəriblər və Periskopda bunu canlı yayımlayıblar.

Baqdasaryan bu iş üzrə şahid olub.

Ötən ilin noyabr ayında yol polisi əməkdaşları maşını düzgün park etməyən Baqdasaryanı cərimə ediblər.

Yoxlama zamanı məlum olub ki, o qaydanı pozduğuna görə dəfələrlə yol polisi tərəfindən cərimələnib.

51 inzibati işə baxan məhkəmə ona iki inzibati cəza - 10 və 14 gün həbs cəzası, 595 saat məcburi iş və 139 min rubl (2280 dollar) cərimə kəsib.

2015-ci ilin oktyabrında Kutuzov prospektində Baqdasaryan ciddi qəza törədib. Qəza nəticəsində iki nəfər həlak olub, 6 nəfər yaralanıb.

Bu barədə daha geniş