Yerevan: Tanınmamış DQR-in "sabiq müdafiə naziri" həbs edilib

Samvel Babayan

Yerevanda tanınmamış DQR-in "sabiq müdafiə naziri" həbs edilib

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Samvel Babayanın "İqla" tipli zenit-raket kompleksi qaçaqmalçılığı faktı üzrə cinayət işi çərçivəsində həbs edildiyini bildirir.

"İqla" tipli portativ zenit-raket kompleksi (PZRK İqla) qaçaqmalçılığı üzrə cinayət işi ilə bağlı hazırda daha iki nəfərin həbs olunduğu bildirilir.

"9M39" tipli raketlə təchiz olunmuş PZRK İqla "Samvel Babayanın ilkin razılığı və sifarişi ilə" Ermənistana gətirilib, MTK-nın rəsmi məlumatında deyilir.

Bəzi yerli informasiya vasitələri Samvel Babayanın həbsində siyasi motivlərin olduğunu deyirlər.

Samvel Babayan apreldə keçiriləcək parlament seçkiləri kampaniyasında sabiq Ermənistan müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər nazirləri Raffi Hovhannisyan və Vardan Oskanyanın daxil olduğu Ohanyan-Raffi-Oskanyan (ORO) seçki blokunu təbliğ edir.

Samvel Babayan 1965-ci ildə Dağlıq Qarabağda anadan olub. 1993-1999-cu illərdə "Qarabağ özünümüdafiə ordusunun" komandanı vəzifəsini icra edib.

2000-ci ildə o zamankı "DQR prezidenti" Arkadi Ğukasyana qarşı sui-qəsd təşkil etmək ittihamı ilə 14 il müddətinə həbsə məhkum edilib, lakin 4 il yarımdan sonra əfv edilib.

Bu barədə daha geniş