EasyJet Türkiyə-Britaniya uçuşlarında cihaz qadağasına başladı

Easyjet Fotonun müəllifi Airbus Press Photo

Türkiyə ilə Britaniya arasındakı uçuşlarda mobil telefonundan böyük elektron cihazlarının əl baqajında aparılmasına qoyulmuş qadağanın tətbiqinə başlayan ilk aviaşirkət EasyJet oldu.

Britaniya şirkəti qadağanın bu gündən etibarən Türkiyə və Misirdə başlandığını açıqlayıb.

Britaniya bu iki ölkədən savayı Liviya, İordaniya, Tunis və Səudiyyə Ərəbistanından gələn təyyarələrə cihazların daşınmasına məhdudiyyət tətbiq edir.

Digər 4 ölkənin aviaşirkətlərinə dair qadağanın nə zaman başlayacağı hələ ki, məlum deyil.

Britaniya hökuməti qadağanın başlanacağı tarixini açıqlamasa da, hava şirkətlərinin "qadağanın tətbiq edilməsi prossesinə" başladığını xəbər vermişdi.

Bundan əvvəl ABŞ 8 ölkədən həyata keçirilən təyyarə reyslərinin sərnişinlərinə əl baqajında iri elektron cihazlarının daşınmasını qadağan edib.

ABŞ-ın siyahısında Tunis olmasa da, Britaniya Tunislə yanaşı Küveyt, Biləşmiş Ərəb Əmirlikləri və Mərakeşi də öz siyahısına daxil edib.

Bu qadağaya səbəb özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın və Əl-Qaidə qrupunun təhdidləri səbəb olub, rəsmilər bildirir.

Bu barədə daha geniş