Ukraynada ən böyük silah anbarı yanır

Yanğın Fotonun müəllifi SLAVA MAVRICHEV

Ukraynanın Balakleya şəhərində yerləşən böyük silah anbarında yanğın başlayıb. Xilasedicilər anbarın yaxınlığında yaşayan sakinləri təxliyə etməyə başlayıblar.

Həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. İlkin məlumatlara görə, yanğın gecə yarısı saat 3 radələrində başlayıb.

Ukraynanın hərbi prokuroru Anatoliy Matios öz Facebook səhifəsində hadisənin təxribat oludğunu yazıb. Onun sözlərinə görə, yanğın eyni anda bir neçə yerdə başlayıb.

"Xarkov vilayətinin Balakleya şəhəri yaxınlığında raket-artilleriya silahlarının (tank və artilleriya üçün 125 və 152 mm olan mərmiləri) saxlandığı bir neçə meydanda baş verən partlayış nəticəsində yanğın baş verib", - deyə Matios yazıb.

Hərbi rəhbərliyin məlumatına görə, yalnız 15 min insan təxliyə ediləcək. Balakleyadakı bu anbar Ukraynanın ən böyük sursat anbarıdır.

Ərazisi 368 hektar olan bu anbarda 138 min ton döyüş sursatı saxlanılır. Ən təhlükəlisi isə "Akasiya" özüyeriyən artilleriya qurğusu üçün olan mərmilərdir.

Bu barədə daha geniş