FTX: ABŞ-dan poçtla silah alan rusiyalılar saxlanılıb

AR-15 Fotonun müəllifi Getty Images
Image caption Saxlanılanlardan ABŞ-ın AR-15 avtomatları müsadirə edilib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bildirir ki, ABŞ-dan poçt vasitəsilə odlu silah qaçaqmalçılığını təşkil edən dəstənin fəaliyyətinə son qoyub.

FTX-in məlumatına görə, saxlanılan şəxslərdən iki pulemyot, iki avtomat, 8 ədəd tapança, 7 karabin və tüfəng müsadirə olunub.

Hüquq-mühafizəçiləri həmçinin güllə və ehtiyyat hissələrini ələ keçiriblər.

Karabin və tüfəngin yalnız xarici istehsal deyil, həm də yerli istehsal olduğu bildirilib.

Müsadirə olunmuş silahlar arasında TT markalı sovet tapançası da olub.

Beləliklə, şübhəlilərin yalnız ABŞ-dan silah aldıqları istisna olunur.

Qaçaqmalçılıq və qeyri-qanuni silah dövriyyəsi işi üzrə əməliyyat Moskvada, İrkutskda, Ulan-Udedə və Yoşkar-Olaaə keçirilib.

FTX-in keçirdiyi əməliyyat zamanı iki yeraltı silah sexi də bağlanıb. Bu sexlərin hansı şəhərdə olduğu qeyd edilmir.

ABŞ-dan silah qaçaqmalçılığı ilə məşğul olan bənzər qrupun təchizat yolları martın ortalarında Ukraynada bağlanıb.

Ukrayna Təlükəsizlik Xidmətinin verdiyi məlumata görə, poçt vasitəsilə müasir odlu silahlar sifariş edilirmi.

Silah qaçaqmalçılığı ilə məşğul olan qrupun cəmi 3 üzvü olub. Onlardan çoxlu sayda silahlar, əsasən tapança müsadirə edilib.

Tapançalar müxtəlif ölkələrin, Avstriya, Çexiya, Almaniya, İsveçrə, İtaliya, ABŞ və Rusiya istehsalı olub.

Axtarış zamanı çəkildiyi deyilən fotolarda Çexiyanın "Scorpion" pulemyotu, Rusiyanın Kalaşnikov avtomatı, Belçikanın FAL karabini, həmçinin "Glock" "Beretta", "Colt" və "Nagan" tapançaları əks olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş