Rusiyada mitinqlər zamanı Medvedev "xizək sürüb"

Dmitri Medvedev Fotonun müəllifi Dmitry Astakhov/TASS
Image caption Baş nazirin günü "pis keçməyib", özü İnstagramda bildirib

Rusiyanın baş naziri Dmitri Medvedev bazar günü korrupsiya ilə mübarizə şüarı altında mitinqlər keçirilən zaman "xizək sürüb".

Mitinqlərin keçirilməsinə səbəb Medvedevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən araşdırmalar olub.

İnstagramda @ispiridonoff adlı istifadəçi ona sual verib: "Salam! Gününüz necədir?"

"Pis deyil, xizək sürdüm", deyə hökumət başçısı cavab verib.

Fotonun müəllifi Твиттер Дмитрия Медведева

Bu sual baş nazirin son paylaşdığı fotonun altında yazılıb.

"Bahar bayramınız mübarək, əziz qadınlar! Xoşbəxtlik və sevgi!" cümləsi yazılmış zanbaq fotosu 8 mart günü paylaşılıb.

@ispiridonoff adlı istifadəçinin hesabında Permdə korrupsiya əleyhinə mitinqdən foto paylaşılıb.

Bazar günü ölkədə müxalifətçi Aleksey Navalnı tərəfindən təşkil edilmiş mitinqlər korrupsiyaya qarşı mübarizə şüarı altında keçirilib.

Etirazlara səbəb Navalnı fondunun Medvedevlə bağlı daşınmaz əmlak obyektlərinin olduğunu iddia edən araşdırmaları olub.

Aktivlər arasında evlər və malikanələr, İtaliya Toskanında üzüm bağları və ofşor şirkətə məxsus yaxta olduğu deyilir.

Rusiya baş nazirinin sözçüsü bu məlumata şərh verməyib.

Bundan əvvəl Medvedev Navalnını İnstagramda bloklayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş