Rusiya etirazları: Aleksey Navalnıya 15 sutka həbs cəzası verilib

Alexei Navalny at court on Monday Fotonun müəllifi Reuters
Image caption Aleksey Navalnı

Rusiya müxalifət lideri Aleksey Navalnıya bazar günü keçirilən etiraz aksiyasında polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün məhkəmə tərəfindən 15 sutka həbs cəzası verilib.

Məhkəmə çıxışında cənab Navalnı baş nazir Dmitri Medvedevin məhkəməyə çağırılmalı olduğunu deyib.

Cənab Navalnının baş nazirə qarşı korrupsiya ittihamlarından sonra Rusiyanın bir çox şəhərində təşkil edilən etiraz aksiyalarında minlərlə etirazçı iştirak edib və onların ən azı 500-ü həbs edilib.



Bazar ertəsi günü Avropa İttifaqı (Aİ) saxlanılan etirazçıların dərhal buraxılmasını tələb edib.

Məhkəmədə çıxışından əvvəl 40 yaşlı Navalnı binadan tvit edib: "Tverski məhkəməsindən hamıya salam. Vaxt gələcək ki, biz onların məhkəməsini keçirəcəyik (həqiqətən)".

Cənab Medevedevin "korrupsiyalaşmış fəaliyyəti insanların Rusiyanın 99 şəhərində küçələrə tökülüşməsinə səbəb olduğunu" deyən cənab Navalnı baş nazirin aksiyaların əsas təşkilatçısı qismində məhkəmədə sorğulanmasının lazım olduğunu deyib.

Cənab Navalnı həmçinin saxlanılan etirazçıların öz işlərini Avropa İnsan Haqları Məhkəməsinə aparmalarını istədiyini bildirib.

Moskva, Sankt Peterburq, Vladivostok, Novosibirsk, Tomsk və bir neçə digər şəhərlərdə keçirilən aksiyalarda minlərlə etirazçı iştirak edib.

500 insan həbs edilib və aksiyaların əksəriyyəti rəsmi icazə olmadan təşkil olunub.

Televiziya yayımları etirazçıların "Putinə yox!", "Putinsiz Rusiya!" və "Putin oğrudur!" şuarları səsləndirdiklərini göstərib.

Müxbirlər hazırki aksiyaların 2011 və 2012-ci illərdə təşkil edilən aksiyalardan sonra ən böyük etirak aksiyaları olduğunu deyirlər.

Image caption Aleksey Navalnı məhkəmədən selfi və tvitlərini paylaşıb

Etirazların səbəbi nədir?

Cənab Navalnı Youtube saytında paylaşdığı hesabatda cənab Medvedevin villalar, yaxtalar və üzüm bağlarına sahib olduğunu iddia edib. Cənab Navalnı mülklərə baş nazirin rəsmi əmək haqqı ilə sahib olmağın mümkün olmadığını deyib.

Hazırda video hesabata 11 milyon dəfə baxılıb.

Hesabatda həmçinin cənab Medvedevin mülkərindən birində bir ördək üçün xüsusi ev olduğu iddia edilir. Aksiyalara qoşulan bəzi etirazçılar əllərində sarı ördək oyuncağı daşıyıblar.

Cənab Medvedevin sözçüsü ona qarşı iddiaların "təbliğat hücumları" olduğunu deyib.

İnstagramda bazar gününün necə keçdiyi sualına cavabında cənab Medvedev sadəcə "Pis deyil, xizək sürdüm" deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş