Moody's: Qazaxıstan neftin ucuzlaşmasına Azərbaycandan dözümlüdür

Moody's agentliyinin New York baş ofisi Fotonun müəllifi EMMANUEL DUNAND/AFP/GettyImages
Image caption Moody's agentliyinin baş ofisi (New York, ABŞ).

Beynəlxalq iqtisadi dəyərləndirmələr üzrə Moody's agentliyi bazar ertəsi günü Azərbaycanla Qazaxıstanın ucuz neft qiymətlərinə adaptasiyasını müqayisə edərək, Qazaxıstanı daha "dözümlü" adlandırıb.

Neftin ucuzlaşması nəticəsində Azərbaycan və Qazaxıstanda siyasətçilər "Ümumi Daxili Məhsul (ÜDM) artımının kəskin azalması, inflyasiyanın ikirəqəmli həddə çatması, xarici valyuta ehtiyatlarının azalması və bank sektorlarının zəifləməsi" kimi bənzər problemlərlə üzləşib, agentlik bildirib.

Lakin agentlik Qazaxıstanın iqtisadiyyatının "daha geniş diversifikasiyası, daha güclü iqtisadi institutlara sahib olması və daha aşağı borc səviyyəsi" nəticəsində Azərbaycandan daha dözümlü olduğunu deyib.

Hər iki ölkənin karbohidrogen ixracından asılı olduğunu deyən agentlik Azərbaycan iqtisadiyyatının daha kiçik olduğuna görə və biznes mühiti və struktur əngəllərə qarşı daha az irəliləyiş əldə etdiyinə görə Qazaxıstandan geridə qaldığını bildirib.

Agentlik Qazaxıstanda qeyri-neft sektorunun daha çox inkişaf etdiyini, islahat cəhdlərinin daha mürəkkəb olduğunu və siyasi qərarların daha şəffaf və effektiv olduğunu vurğulayıb.

Moody's həmçinin Qazaxıstanın üzən valyuta məzənnəsinə keçidini daha yaxşı reallaşdırdığını və artaq inflyasiyaya daha cəld reaksiya göstərərək ucuzlaşan neft qiymətləri ilə daha bacarıqlı qərarlar verdiyini deyib.

Azərbaycanın Qarabağ üzrə Ermənistanla münaqişəsinin risk yaratdığını deyən agetnlik, müqayisədə Qazaxıstanın Rusiya, Çin, Yaponiya, ABŞ və Avropa İttifaqı ilə yaxşı əlaqələr qurduğunu vurğulayıb.

Agentlik hər iki ölkədə bank sektorunun zəiflədiyini deyib və dövlətlərdən sektora maddi yardım nəticəsində Azərbaycanda borcun ÜDM-ə nisbətdə 30 faiz artdığını, Qazaxıstanda isə bu artmın 10 faiz olduğunu deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş