Aİ məhkəməsi: "Rusiyaya qarşı sanksiyalar qanunidir"

Məhkəmə Fotonun müəllifi Getty Images
Image caption Rosneftin işilə bağlı təfərrüatlar açıqlanmayıb

Lüksemburqda yerləşən Avropa Məhkəməsi Krımın ilhaqının ardınca bir neçə Rusiya şirkətinə qarşı qəbul edilmiş Aİ sanksiyalarının qanuni olduğu barədə qərar çıxarıb.

Rusiyanın neft nəhəngi Rosneft sanksiyaların Aİ-nin daxili qanunvericiliyinə zidd olduğunu iddia edirdi.

Məhkəmə hökmündə neft şirkəti tərəfindən irəli sürülmüş iradların təfərrüatları açıqlanmır.

Aİ məhdudiyyətlərini tənzimləyən Avropa Şurasına qarşı məhkəmə iddiası 2014-cü ildə, o cümlədən Rosneft şirkəti və iş adamı Arkadiy Rotenberq tərəfindən, qaldırılıb.

Rosneftlə yanaşı həmin dövrdə sanksiyalar siyahısına Qapzpromneft, Transneft və 5 daha dövlət bankı salınıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş