Almaniya kəşfiyyatı: Türkiyədə çevriliş cəhdinin arxasında "Gülenin olduğuna inanılmır"

Səsvermə Fotonun müəllifi EPA
Image caption 28 martda Almaniyada yaşayan türklər referendumda səs verməyə başlaylıblar.

Türkiyənin MİT kəşfiyyat xidməti Almaniya ərazisində Fethullah Gülen hərəkatına mənsub olduğu güman edilən yüzlərlə adamı izləyib, Almaniya mediası bildirir.

Əməliyyatın miqyası barədə məlumat MİT rəhbəri izlənən adamların siyahısını almaniyalı həmkarı Bruno Kahl-a təqdim etdikdən sonra məlum olub.

Həmin siyahıda Türkiyə xidmətləri tərəfindən izlənilən təxminən 300-dən çox şəxsin və 200-dən çox məktəb, dərnək və qurumların adları, ünvanları, telefon nömrələri və şəkilləri kimi məlumatlar əks olunub.

Bundan başqa, Almaniyanın daxili kəşfiyyat xidmətinin Konstitusiyanı Qoruma Təşkilatının (BfV) rəhbəri Hans-Georg Maassen deyib ki, "heç kim 15 iyun çevriliş cəhdinin arxasında Gülen hərəkatının olduğuna inanmır".

Bir vaxtlar Recep Tayyip Erdoğanın siyasi müttəfiqi olmuş Fethullah Gülen hazırda ABŞ-da könüllü mühacirətdə yaşayır.

Türkiyə onun Ankaraya təhvil verilməsini tələb edir.

Fotonun müəllifi AFP
Image caption Türkiyə prezidenti Recep Tayyip Erdoğan referendumla bağlı bəzi toplantıların ləğv edilməsini "nasist dövrünə" bənzədib.

Ankara cənab Güleni ötən ilin iyulunda baş vermiş çevriliş cəhdinin təşkilində ittiham edir.

Ötən il Türkiyə hakimiyyəti Gülenin həbsinə order verib.

Fethullah Gülen ittihamları rədd edir.

İzlənmələr barədə xəbər Türkiyənin Avropada referendum təbliğatının keçirilməsilə əlaqədar qalmaqal fonunda peyda olub.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropada referendumla bağlı bəzi toplantıların ləğv edilməsini "nasist dövrünə" bənzədib.

"Sizin indiki davranışlarınız keşmişdəki nasist davranışlarınızdan heç də fərqli deyil, bunu bilin".

Aprelin 16-na təyin olunan referendum Recep Tayyip Erdoğanın səlahiyyətlərini daha da artıracaq.

Altı Avropa ölkəsində yaşayan Türkiyə vətəndaşları referendumda səsverməyə başlayıblar.

Bu barədə daha geniş