Türkiyə: İzmir şəhərində partiyasız "Yox", Erdoğanlı "Hə"yə qarşı

İzmir Fotonun müəllifi Getty Images

Seçici sayına görə Türkiyənin ən böyük üçüncü şəhəri sayılan İzmirdə referenduma 3 həftə qaldığı bir müddətdə referendumla bağlı məlumatlar tapmaq çox çətindir.

Şəhərdə "Hə" kampaniyası İzmirdən millət vəkili olan baş nazir Binali Yıldırımın 8 martda təşkil etdiyi tədbirlərin afişalarında özünü göstərir.

Digər tərəfdən isə ötən həftənin bazar günü Milliyyətçi Hərəkat Partiyasını (MHP) tərk edən Meral Akşenerin hər yerdə İzmir mitinqinin afişaları gözə dəyir.

"Yox" kampaniyası aparanlar valiliyin bayraq və afişanın asılmasına icazə vermədiyini və asılanların da sürətlə toplandığını bildiriblər.

"Hə" kampaniyasına başçılıq edən Ədalət və İnkişaf Partiyası (AKP) nümayəndələri isə əvvəllər də materialdan çox istifadənin İzmirdə tərs effekt verdiyini söyləyərək, bu dəfə referendum üçün insanlarla üzbə-üz danışmağa üstünlük verildiyini qeyd ediblər.

Tərəflər fərqli amillər irəli sürsələr də, əslində referendumun həyacansız keçməsinin arxasında duran səbəblərdən biri də hər kəsin şəhərdən çıxacaq nəticədən əmin olmasıdır.

BBC Türkcə xidmətinin İzmirdə apadığı sorğuya görə, "Yox" bu şəhərdə böyük fərqlə irəlidə olacaq. Əsas maraqlı olan isə "Hə" və "Yox" arasındakə səs fərqin nə qədər olacağıdır.

2015-ci ilin noyabrın 1-də Türkiyədə keçirilən ümummilli seçkilərdə İzmirdə Cümhiriyyət Xalq Partiyası (CHP) 46,8 faiz, AKP isə 31 faiz səs qazanmışdı.

"Bəzi vilayətlərdə səs faizimizin yüksələcəyini düşünürük. Ancaq İzmirdəın "Hə" 35 faiz səs toplayarsa, bu bizim üçün böyük uğur olar," AKP-nin bir nümayəndəsi belə deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş