Moskvada Ermitajın direktor müavini həbs edilib

Ermitaj Fotonun müəllifi Getty Images
Image caption FTX əməkdaşları yanvar ayında Ermitajda yoxlama aparıb. Muzeyin "abadlıq işləri" qalmaqalında adı hallanan şirkətlərlə əlaqəsi olduğu ehtimal olunur.

Moskvanın Lefortov məhkəməsi Ermitaj muzeyinin direktor müavinu Mixail Novikovun ev həbsinə alınması barədə hökm çıxarıb, məhkəmənin mətbuat-xidmətinə istinadən Rusiya informasiya agentlikləri bildirirlər.

Mixail Novikovun oğlu Artyom Novikov Mədəniyyət Nazirliyinin investisya, abadlıq və inşaat şöbəsinin başçısııdr.

Məhkəmənin məlumatına görə, Mixail Novikov mayın 23-nə qədər ev nəzarətində saxlanılacaq. Onun adının fırıldaqçılıqda bağlı iş üzrə keçdiyi xəbər verilsə də, daha təfərrüatlı məlumat göstərilmir.

Bir qədər əvvəl Rusiyanın əksər kütləvi informasiya vasitələri Novikovun Mədəniyyət Nazirliyində işləyən oğlunun da həbs olunduğu barədə məlumatlar yaymışdılar.

Lakin Artyom Novikovun həbsi barədə məlumatlar öz təsdiqini tapmayıb.

Nazirliyin mətbuat katibi İrina Kaznaçeyevanın sözlərinə görə, Artyom Novikov bu gün nazirlikdə keçirilən tədbirdə iştirak edəcək.

"Artyom Novikovun həbs edilməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Bu müasir jurnalistikanın səviyyəsindən xəbər verir. Təəssüf ki, KİV-lər çox zaman məlumatı dəqiqləşdirmirlər və istənilən qeyri-dəqiq məlumatı sensasiya kimi təqdim etməyə hazırdılar ", - deyə Kaznaçeyeva BBC-ə açıqlamasında bildirib.

Novikovun həbs barədə ilk dəfə Peterburqun "Fontanka" portalı məlumat yayıb.

Onun yazdığına görə, Novikov geniş fırıldaqçılıq işi üzrə aparılan instintaq çərçivsində martın 28-də həbs olunub.

Məlumatda Novikovun FTX əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilmişdi. Artyom Novikovun həbsi barədə məlumat yayan agentliklər isə anonim mənbəyə istinad ediblər.

FTX əməkdaşları yanvarın 31-də Ermitajda yoxlama aparıblar.

Hələ o zaman "Fontanka" portalı FTX-nin muzeydəki sənədləri ələ keçirməsini yazmışdı.

Portalın məlumatına görə, FTX əməkdaşları muzeyin Moskva şirkətləri ilə 3,67 milyard rubl (61 milyon dollar) dəyərində müqavilə imzalmasından şübhələniblər.

Bu şirkət rəhbərliyinin adı "abadlıq işləri" adlanan cinayət işində hallanır.

Bu iş üzrə, Rusiyanın mədəniyyət nazirinin müavini Qriqoriy Pirumova qarşı ittiham irəli sürülüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş