Ermənistan: Parlament seçkilərindən əvvəl sükut günü

Yerevan Fotonun müəllifi ALEXANDER NEMENOV/ GETTY

Ermənistanda bazar gününə təyin edilən mühüm parlament seçkilərindən əvvəl sükut günü başlayıb.

Bu, ölkənin prezident sistemindən parlament idarəçilik sisteminə keçməsini nəzərdə tutan yeni konstitusiyanın təsdiqindən sonra ilk seçkilərdir.

İki il əvvəl qəbul olunmuş əsas qanuna görə Ermənistan gələn ildən etibarən tamamilə parlament sisteminə keçməlidir.

İlk dəfə səsvermə sırf proporsional seçki sistemi üzrə (partiya siyahılarına əsasən) keçirilir.

Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, partiya blokları isə 7 faiz səs qazanmalıdır.

Siyasi rəqabətə 5 partiya və 4 blok qatılıb.

Rəsmi siyahılara görə, seçicilərin ümumi sayı 2 milyon 564 min 195 nəfər təşkil edir.

Rəsmi statiskaya əsasən Ermənistanın daimi əhalisinin sayı 2 milyon 986,5 min nəfərdir.

Bu barədə daha geniş