Metroda öpüşmək niyə mübahisələr doğurub?

Cütlük Fotonun müəllifi Getty Images
Image caption Moskva metrosu yarandığı gündən bu yana minlərlə öpüşün şahidi olub.

Aprelin 1-dən Moskva metrosundakı eskalatorun yanındakı növbətçilərin ləğv edilməsi nəzərdə tutulub.

Bu qərarın müzakirə olunduğu bir vaxtda Bakının yeraltı nəqliyyat sərnişinlərini gənclərin ictimaiyyət arasında sevgi hisslərinin nümayişi narahat edir.

Azərbaycanlı jurnalist Xəqani Səfəroğlunun metroda öpüşən iki gənc barədə paylaşdığı qəzəbli statusu ölkənin internet ictimaiyyətini silkələyib. Onun gənclərin öpüşməsinə olan reaksiyasını bəziləri müsbət qarşılasa da, digərləri qınayıb.

Müəllifin özünün sözlərinə görə, təqribən 17 yaşında olan gənclər onun azyaşlı uşaqlarının gözü qarşısında bir birinə olan hisslərini nümayiş etdiriblər.

Jurnalist bundan qəzəbləndiyini yazır və gənci "eşşək" adlandıraraq vaqondan çıxardığını söyləyib.

Lakin Səfəroğlu yerli KİV-ləri ilə söhbətində "Heç bir mübahisə olmayıb. O, az qala mənim uşağımın ayağını tapdalayacaqdı və mən ona görə onun ayağını itələdim. Bundan sonra cavan oğlan məndən üzr istədi və vaqonu tərk etdi. Mənim statusu paylaşmaqda məqsədim ictimai yerlərdə belə davranışlara qarşı olduğumu nümayiş etdirməkdir."

Mühafizəkar jurnalistin statusuna qarşı gənclər "Bəs sən metroda öpüşmüsən" adlı flashmob elan ediblər.

Aksiyaya çağırış da şərh yazanları iki hissəyə bölüb.

"Öpüşmək məsələsinə gəldikdə isə, Parisdə müharibədən sonra şəhərin romantik görünüşünü və sevgililər şəhəri obrazını qaytarmaq üçün cavan insanlara ictimai yerlərdə öpüşmələri üçün pul verirdilər", - deyə sosial şəbəkə istifadəçisi Anna Zelkina yazıb.

"Hisslərin ani nümayiş etdirlməsinin əleyhinə deyiləm, həyat yoldaşımla hava limanında həmişə öpüşürəm, bəzən bu öpüş mənim aerofobiyamı aradan qaldırmaq üçün tələb olunduğundan bir az uzun çəkə bilər. Amma o ki qaldı ehtiraslı və davamlı öpüşməyə bu heç də estetik görünmür. Hətta deyərdim ki, arzuolunmazdır. Özü də metroda, insanlar bunu bağlı yerdə müşahidə etməyə məcburdurlarsa", - Yelena Romanova adlı biri belə söyləyib.

Səfəroğlunun mövqeyini bələdiyyə strukturları da dəstəkləməyib.

Bakı Metropoliteninin təhlükəsizlik qaydalarında öpüşməklə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb. Bakının digər ictimai yerlərində də hisslərin nümayiş etdirilməsi qadağan edilməyib.

"Ümumiyyətlə qanunvericilikdə kiminsə sükan arxasında öpüşməsi və ya mehribanlıq etməsini qadağan edən inzibati qaydalar barədə konkret heç nə yoxdur", - deyə jurnalistlərlə söhbətində Azərbaycan Dövlət Yol Müfəttişliyinin mətbuat katibi Vaqif Əsədov bildirib.

Bununla yanaşı, Qafqaz dövlətində hisslərin ictimai yerlərdə nümayiş etdiliməsinə mühafizəkar jurnalistdən daha qəddar yanaşan bir təbəqə də movcuddur.

Belə ki, son iki il ərzində ölkədə iki sensasiyalı qətl hadisəsi baş verib.

Cinayətdən sonra həbs edilən şəxslər oğlanları öz sevgililəri ilə küçədə öpüşdüklərinə görə öldürdüklərini etiraf ediblər.

Qanunda öpüş

Bir sıra müsəlman ölkələrində və Hindistanda ictimai yerlərdə hisslərin nümayiş etdirilməsini qadağan edən ciddi qanunlar var.

Bəzi ölkələrdə öpüşmək hətta mühakimə olunmaqla nəticələnə bilər.

Bir vaxtlar Moskva metrosunu da "əxlaqla mübarizə" dalğası bürümüşdü.

2003-cü ilin noyabrında "Stolicnaya qazeta" nəşri şəhər meriyasının ictimai yerlərlə öpüşənlərin cərimə olunacağını və ya qısa müddətə həbs olunacağı barədə qərar qəbul etdiyini yazmışdı.

Fotonun müəllifi Getty Images

Lakin reallıqda bu baş vermədi və cütlüklər öz hisslərini bildirməkdən çəkinmədilər.

10 il sonra "Bolşoy qorod" nəşri Moskvanın müxtəlif metro stansiyalarındakı eskalatorlarda bazar günləri nə qədər cütlüyün öpüşdüyünü hesablamışdı.

"Oktyabrskaya-koltsevaya" stansiyası o zaman lider olmuşdu.

Şalvarsız çox da asan deyil

Fotonun müəllifi GETTY IMAGES
Image caption Öpüşən cütlüklər də bəzən "metroda şalvarsız" flashmob-unda iştirak edirlər.

Keçmiş SSRİ ölkələrində "şalvarsız gəzmək" təcrübəsi daha az qəbul olunur, hərçənd artıq neçə ildir ki, hər il yanvarın əvvəlində qlobal flashmob forması kimi qəbul edilir.

Aksiyanın planına görə, iştirakçılar şalvarlarını və ya ətəklərini soyunurlar, amma qış üst geyimlərini çıxarmırlar.

Bununla yanaşı burada vacib məsələ qeyri-adi nəsə baş vermədiyini nümayiş etdirməkdir.

Artıq neçə ildir ki, flashmob iştirakçıları polislər tərəfindən saxlanılaraq yoxlanılır.

Lakin dünyanın bir çox ölkəsində, o cümlədən London və Meksikada polis bu aksiyaya heç bir reaksiya vermir.

Əlaqəli mövzular

Bu barədə daha geniş