Sovet dövrünün şairi Yevgeni Yevtuşenko vəfat edib

Yevgeny Yevtushenko at International Poetry Festival, Colombia 2010 Fotonun müəllifi Getty Images
Image caption Cənab Yevtuşenko 150-dən artıq şeir kolleksiyasının müəllifi olub

Rusiyalı şair Yevgeni Yevtuşenko şənbə günü ABŞ-da ürək çatışmazlığı səbəbindən 85 yaşında vəfat edib.

SSRİ-də 1960-cı illərdə məhşurlaşan şairlərdən sonuncusu idi.

"Babi Yar" onun qərbdə ən çox tanınan şeiridir.

Bu şeir İkinci Dünya Müharibəsində Ukraynanın Kiev şəhərində on minlərlə yəhudi və məhbusların nasistlər tərəfindən qətli barədədir.

Dərc edilən də, "Babi Yar" Sovet İttifaqında antisemitizmi ifşə edib və daha sonra sovet bəstəkarı Dmitri Şostakoviç tərəfindən onun 13-cü simfoniyasına daxil edilib.

Yevgeni Yevtuşenko: yarıdissident və sovet şairi

"O, bir neçə dəqiqə əvvəl, yaxınlarının yanında vəfat edib", Rusiyanın RİA xəbət agentliyi onun yoldaşı Mariya Novikovadan sitat gətirib.

Fotonun müəllifi Getty Images
Image caption Yevgeni Yetveşenko 1962-ci ildə Böyük Britaniyaya səfəri zamanı

Yevtuşenkonun "Gələcəyin Perspektivləri" adlı ilk kitabı 1952-ci ildə onun Sovet Yazıçılar İttifaqının ən gənc üzvü olduğu vaxt nəşr edilib.

150-dən artıq şeir kolleksiyasının müəllifi olan cənab Yevuşenko 1963-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.

1990-cı illərdə ABŞ-a köçdükdən sonra o, Oklahoma şatının Tulsa universitetində işləyib.

Bu barədə daha geniş