Ermənistanda seçkilər: Milli məclisdə dörd siyasi qüvvə təmsil olunacaq

президент Армении Серж Саргсян на избирательном участке Fotonun müəllifi Getty Images

Ermənistanda bazar günü keçirilən parlament seçkilərinin nəticələrinə görə, Ermənistanın yeni Milli Məclisində dörd siyasi qüvvə təmsil olunacaq: Ermənistan Respublikaçılar Partiyası (ERP), Daşnaksutyun Erməni İnqilabi Federasiyası, "Tsarukyan" və "Yelk" ("Çıxış") blokları.

Mərkəzi Seçki Komissiyasının bütün 2009 seçki məntəqələrində səsvermənin nəticələri əsasında təqdim etdiyi ilkin rəsmi məlumatına görə, ERP 49,15 faiz, "Tsarukyan bloku 27,35 faiz, "Çıxış" bloku 7,78 və Daşnaksutyun 6,58 faiz səs toplayıblar.

Parlamentdə təmsil olunmaq üçün seçkilərdə iştirak edən partiyalar 5, partiya blokları 7 faiz səs toplamalıdırlar.


Daha ətfalı oxuyun:


Seçkilərdə iştirak edən digər 5 siyasi qüvvə, o cümlədən sabiq müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi Ohanyan-Raffi-Oskanyan bloku (2,07 %) və sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası bloku (1,66%) 5 və 7 faizlik həddi aşa bilməyiblər.

Bu, 2018-ci ildə Ermənistan prezidentinin səlahiyyətləri başa çatdıqdan sonra ölkənin tam parlament idarəçilik sisteminə keçməsini nəzərdə tutan 2015-ci il konstitusiya islahatlarından sonra keçirilən ilk parlament seçkiləridir.

Əlaqəli mövzular

Bu barədə daha geniş