Sankt-Peterburq metrosunda partlayış: 10 nəfər ölüb, 47 nəfər yaralanıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Hadisə yerinə xilasedicilər gəlib

Rusiyanin səhiyyə nazirliyi Sankt Peterburq şəhərində iki metro stansiyasının arasında baş vermiş partlayış nəticəsində 10 nəfərin öldüyünü və 47 nəfərin xəsarət aldığını bildirib.

Prezident Vladimir Putin deyib ki, "terror da daxil omlaqla hadisənin səbəbini aşkar etməkdə hər bir variant nəzərdən keçiriləcək".

Baş nazir Dmitri Medvedev həlak olanların ailələrinə başsağlığı verib.

Baş prokurorluq ilkin bəyanatında hadisəni terror aktı adlandırıb, lakin daha sonra hadisəni hələ ki, rəsmən qiymətləndirmədiyini deyib.

Fotonun müəllifi youtube/AmSheegar SD
Fotonun müəllifi Reuters
Fotonun müəllifi Reuters
Image caption Metro şəbəkəsi tamamilə bağlanıb

Milli Anti-Terror Komitəsi Qıyam Meydanı (Ploşşad Vosstaniya) stansiyasında aşkar edilmiş partlayıcı qurğunun zərərsizləşdirildiyini deyib.

İnterfaks və RİA Novosti bildirib ki, partlayış nəticəsində 50 nəfər xəsarət alıb.

Hazırda Peterburq metrosu tamamlilə bağlanıb.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Xəsarət alanların bəziləri vertolyotla xəstəxanalara aparılıblar

Bu barədə daha geniş