Sankt-Peterburqa görə Eyfel qülləsinin işıqları söndürülüb

Eyfel qülləsi Fotonun müəllifi SputnikFrance

Paris rəsmiləri Sankt-Peterburq metrosunda baş verən partlayışda həlak olanların xatirəsinə Eyfel qülləsinin işıqlarının söndürülməsi barədə göstəriş verib.

Paris meriyası terro aktları nəticəsində həlak olanların xatirəsini yad etmək üçün ya Eyfel qülləsini işıqlarını söndürür, ya da hadisə baş verən ölkənin bayrağı rəngində qülləni işıqlandırır. Belə hallar Berlin, Kvebek və Nicedə baş vermiş hadisələrdən sonra müşahidə edilib.

Sankt-Peterburq metrosunda partlayın aprel ayının 3-də günorta saatlarında baş verib.

Aparılan təhqiqata görə, partlayıcı qurğunu intiharçı işə salıb. "Terror aktı" maddəsilə cinayət işi aparılır.

Sonuncu informasiyaya əsasən, partlayış nəticəsində 14 nəfər həlak olub. Xəsarət alan 50 nəfər hazırda xəstəxanalardadır.

Həlak olanlar arasında bir azərbaycanlı da var, bir azərbaycanlı isə yaralanıb.

2016-cı ilin dekabrında Parisin əsas simvolu olan qüllənin işıqları Hələbin mühasirəyə alınmış ərazilərindəki sakinlərə dəstək əlaməti olaraq söndürülmüşdü.

Martın 23-də isə Londonun mərkəzindəki hadisədən sonra Eyfel qülləsi rənglərlə işıqlandırılmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş