Rusiya: Yehovanın Şahidləri hərəkatının qadağan edilməsi nəzərdən keçirilir

Jehovah's Witness pamphlets

Rusiyanın Ali Məhkəməsi Yehovanın Şahidləri hərəkatını qadağan etmək barədə hökumətin müraciətini nəzərdən keçirir. Ədliyyə Nazirliyi təşkilatın ektsremist qruplara aid edilməsini tələb edir.

Dünya boyunca 7 milyon insan xristian əsaslı hərəkatın üzvüdür.

Onlar qapı-qapı gəzərək yeni üzvləri cəlb etməklə tanınırlar.

Yehovanın Şahidləri Rusiyada 175,000 üzvlə yanaşı ölkə boyu 395 bölməyə malikdir.

Ədliyyə Nazirliyi təşkilatın Sankt Peterburq şəhəri yaxınlığındakı qərargahını ekstremist qruplar siyahısına daxil edib.

Dini hərəkət öz növbəsində Rusiya Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Təşkilat öz üzvlərinin siyasi repressiyalara məruz qalan tərəf kimi tanınmasını tələb edib.

Fotonun müəllifi AFP
Image caption 2003-cü il Yehovanın Şahidləri qrupunun üzvü suya çəkilir

Məhkəmə bu iddianın öz yurisdiksiyasından kənar olduğu barədə hökm çıxarıb.

BBC-ə danışan dini qrupun nümayəndəsi təşkilatın ekstremizmlə heç bir əlaqəsi olmadığını deyib.

Yaroslav Sivulskinin sözlərinə görə, məhkəmə onların dəlillərini heç vaxt dinləməyib.

Yehovanın Şahidləri qrupu 19-cü əsrin sonunda ABŞ-da təsis olunub.

Onun üzvləri İosif Stalinin hakimiyyətdə olduğu dövrdə başqa dini qrupların davamçıları ilə yanaşı Sibirə sürgünə göndərilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş