Aleksey Navalnı azadlığa buraxılıb

Алексей Навальный на фоне полицейских Fotonun müəllifi Getty Images
Image caption Müqavimət göstərdiyinə görə 15 gün həbs cəzası alan müxalifətçi özünü günahkar hesab etmir

Bu ilin martın 26-da keçirilən irimiqyaslı etiraz aksiyası zamanı polisə müqavimət göstərdiyinə görə 15 gün həbs cəzasına məhkum edilən müxalifətçi Aleksey Navalnı azadlığa buraxılıb.

Navalnının qərargahının başçısı Leonid Volkov jurnalistlərə onun Konkovo rayonu Daxili İşlər İdarəsindən azadlığa buraxıldığını bildirib.

Bir necə KİV nümayəndəsi Navalnının inzibati həbs cəzası çəkdiyi "Mnevniki" rayonun xüsusi qəbul şöbəsinin qarşısına toplaşıb.

Lakin jurnalistlər müxalifətçinin həmin müəssisədən çıxdığını görə bilməyiblər. Navalnı Moskvanın mərkəzində razılaşdırılmamış mitinq zamanı həbs olunmuşdu.

Onun tərəfdarları Rusiyanın baş naziri Dmitri Medvedevə etiraz edərək onu korrupsiyada ittiham etmişdilər.

Müxalif siyasətçi həmçinin 20 min rubl (350 dollar) cərimə olunub.

Aksiyadan əvvəl Navalnıın "O sizin üçün Dimon deyil" adlı istintaq filmi internetdə yayılmışdı.

Filmdə Navalnı Medvedevin qeyri-kommersiya təşkilatları vasitəsilə Rusiyada və xaricdə çoxlu lüks əmlaklara sahib olduğunu iddia edirdi. YouTube-da bu filmi 12 milyon istifadəçi seyr edib.

Navalnıdan savayı aksiya zamanı yüzlərlə insan saxlanılıb.

Onları etiraz aksiyasına çağıran Navalnı Avropa Məhkəməsində insan haqları üzrə təzminat alacaqlarını vəd etmişdi.

Fotonun müəllifi EPA
Image caption Korrupsiyaya qarşı razılaşdırırlmamış etiraz aksiyası zamanı həbs edilənlərin sayı rekord saya çatıb

Medvedevin özü isə film nümayiş etdirildikdən bir ay sonra Tambovdakı ət kombinatına səfəri zamanı istintaqa münasibətini bildirmişdi.

"Bu süjetlər sponsorların verdiyi böyük məbləğ sayəsində çəkilib. Filmdə mənim görmədiyim və tanımadığım insanlar barəsində, getmədiyim və eşitmədiyim yerlər barəsində məlumatlar toplanıb. Belə olan zaman hər şey qarışır və bu işdən çıxmaq çox çətin olur" .

"Bu insan açıq-aşkar , utanmadan-çəkinmədən "Hamı pisdir, məni prezident seçin" deyir. Bununla yanaşı isə insanları küçəyə çağırır",-deyən baş nazir çox güman ki, 2018-ci ildə prezident seçkilərində iştirak etdiyini bəyan edən Navalnıı nəzərdə tutub.

Martın 26-da Navalnı tərəfindən çağrılan etiraz aksiyasında rekord sayda - 1030 nəfər - saxlanıb. Rəsmi məlumatlarda isə saxlanıların 600 nəfər olduğu bildirilib.

Bu barədə daha geniş